Yadigar corab

Xəyala dalmış Xanım küçə qapısının döyülməsinə diksindi. Qonşunun qızı onu çağırırdı:

-Xanım xala, ay Xanım xala səni gəlingördüyə çağırırlar.
Xanım yerindən tərpənmədi.

-Ay xala, gəlin rus deyil, azərbaycanlıdır. Özü də Qarabağdandır.
Xanım onu çağırmağa gələn qonşu qızı gözləməyib addımlarını yeyinlətdi. Dəvət olunduğu
yerə çatdı. Qonşu qızlar, gəlinlər Xanımı görən kimi bir ağızdan:

– Ay xala, səni gözləyirik, gəl çıx da.
O dinmədi. Sakitcə gəlin otağına keçdilər. Xanım divanda oturdu. Qız-gəlinlər təzə gəlinin
cehizləri ilə maraqlanırdılar. Onlardan biri çarpayının üstündəki yastığı qaldırdı. Xanımın gözü
yastığın altındakı tək tay coraba sataşdı. Cəld ayağa durub corabı əlinə aldı. Diqqətlə coraba baxdı.
Nəsə demək istədi. Amma dili tutulmuşdu. Tez – tez nəfəs almağa başladı. Onun bu vəziyyətini
görən qızlardan biri cəld su gətirməyə getdi. Xanımın vəziyyəti get – gedə pisləşirdi o huşunu
itirdi. Üzünə su çilədilər. Ayılmadı. Təcili yardım çağırmalı oldular. Gəlin gördüklərinə çaşıb qalmışdı. Təcili yardım maşını gözlədiklərindən tez gəlib çıxdı. Həkim qız ürək döyüntülərini dinləmək üçün Xanımın yaxasının düyməsini açdı. Steteskopun membranını Xanımın sinəsinə
yaxınlaşdıranda hiss etdi ki, orda nəsə var. Elə fikirləşdi köhnə vaxtlarda olduğu kimi boynundan
asılmış pul kisəsidir, çıxardı. Bu bir tay corab idi. Həkim corabı əlində tutub maraqla o tərəf, bu
tərəfinə baxdı. Bu hadisəni kənardan izləyən təzə gəlin corabı gördükdə:

103-116 semra kılıç karatay & n. rengin oyman

“Ana”, – deyə qışqırdı, Xanımı qucaqlayıb bərk – bərk öpdü.
Gəlinin də vəziyyəti pisləşirdi. Həkim özünü itirməyib gah gəlinə, gah da Xanıma yardım edirdi. Olanları görənlər çaşqın qalmışdılar, nə baş verdiyini heç kim bilmirdi…
Fevral ayının qış axşamlarından biri idi. Xanım üç yaşlı qızı üçün corab toxuyurdu. Həyat yoldaşı: “Mən yatmaq istəyirəm”,- deyib o biri otağa keçdi. Balaca qızcığaz isə maraqla corabın toxunub qurtarmasını gözləyirdi. Corabın bir tayı hazır olan kimi qız onu ayağına keçirdi. Xanım qızına dedi:

-Qızım, get yat, o biri tayını toxuyub mən də yatacağam, səhər oyananda geyinərsən.

-Ana, gözləyirəm o biri tayını geyinib sonra yatacağam.

Xanım daha bir söz demədi. Corabın boğazının axırıncı cərgəsini toxuyanda qəflətən gurultu qopdu. Bu gurultu get – gedə daha da güclənirdi. Bu anda həyat yoldaşı Əziz gəlib cəld uşağı qucağına aldı.

-Ay Xanım, tez ol, paltar götür, çıxaq. Ermənilər kəndə hücum ediblər.

-Ay Əziz, qoy corabı uşağın ayağına geyindirim.

-Corab vaxtı deyil, tez ol, hər saniyənin öz hökmü var…
… İllər keçdi. Əziz və Xanım bir – birlərini nə qədər axtarsalar da tapa bilmədilər. Əziz bütün
qaçqın düşərgələrini axtarıb, yerliləri xocalılardan Xanımı xəbər alırdı, ancaq “gördüm” deyən
olmamışdı. Xanım da soraqlaşırdı. Ayrılığa dözə bilməsə də artıq ümidini itirmişdi. Xanımı tapa bilməyən Əziz qızını da alıb Rusiyaya işləməyə getdi. Orda işləri yaxşı getməsinə baxmayaraq tez -tez yerlilərinə zəng edib Xanımı soruşurdu…
… Əzizin qızı böyüyüb universitet təhsili almışdı. İşlədiyi müəssisədə bir gənc azərbaycanlı
da var idi. Bir müddət tanışlıqdan sonra onlar evlənməyi qərara almışdılar. Birlikdə Əzizin
yanına gəlib evlənmək istədiklərini açıqladılar. Oğlanı yaxşı tanıdığına görə Əziz xeyir – dua
verdi. Az keçməmiş qərara aldılar ki, toyu Rusiyada yox, Azərbaycanda etsinlər. Əziz onlara
məsləhət verdi:

-Mən sizi yola salıram. Özüm isə tezliklə evi, emalatxanamı satıb gələcəyəm…
… Xanım həyatının ən böyük sevincini yaşayacaq. Onun həyat yoldaşının olduğu təyyarə Bakı hava limanında eniş edirdi.

Məhərrəm Mustafa

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma