Yarımçıq qalmış vəsiyyət

 

Qəfil zəngdən Qabil müəllim diksindi.Telefonun dəstəyini qaldırdı.Evdən idi.Həyat yoldaşı Leyla  həyəcanla danışırdı:

-Qabil ,özünü tez yetir. Ananın vəziyyəti pisləşib.

Onun anası Nurcahan neçə ay idi ki, yatağa düşmüşdü.Həkimlərin dediyinə görə bir daha ayağa qaxmayacaq.

Qabil məktəbin direktorundan icazə alıb evə tələsdi. həyəcan keçirirdi.Axı bu dünyada ona ən əziz olan anasını itirirdi. Çox keçmədi ki, evə çatdı. Doğrudan da anasının vəziyyəti  pisləşmişdi, ağır-ağır nəfəs alırdı. Yaxınlaşıb üzündən öpərək yanında əyləşərək əlindən tutdu.Anası güclə eşidiləcək səslə dilləndi:

-Gəlini çağır.leletepe

Çox da uzaqda olmayan Leyla ona yaxınlaşdı:

-Ana ,burdayam.

-Qızım sandığı aç. Sol tərəfdə lap aşağıda yaşıl rəngdə bükülü var onu bura gətir.

Çox çəkmədi ki, gəlin bükülünü tapıb gətirdi.

-Oğum, aç.

Qabil bükülünü açıb çaşıb qaldı.Bükülünün içində bir topa yağlı açar vardı.

Anası dilləndi:

-Oğul , onları təmizləyib gətir.

O, yağlı açarları alıb həyətə düşdü.Yuyub təmizləyib gətirdi.

-Oğul, bu açarlar kənddəki evimizin açarlarıdır sənə əmanət verirəm. Mənə kəndə qayıtmaq qismət olmadı. Amma siz mütləq qayıdacaqsınız.Kəndə qayıdanda çaş-baş qalmayasan.

Bu sözləri  dedikcə  bir gözü də televizorda gedən xəbərlər proqramında qalmışdı.

-Bu göy yaşıl sap bağlanmış açar ikinci mərtəbədə sol tərəfdəki qonaq otağınındır, bu göy sap bağlanmış orta otağındır-rəhmətlik nənə və babanın otağı, bu qırmızı sap bağlanmış dədənindir.

Dədənlə mənim sözünü ürəyində dedi. Dilinə gətirməyə utandı. Udqunaraq sözünə davam etdi:

-Bu birinci mərtəbədəki…

Sözünü yarımçıq saxladı.

-Gəlin,ay gəlin.

-Hə ana,eşidirəm.

-Televizora səs ver.

Azərbaycan ordusu ermənilərin təxribatının qarşısını alaraq əks hücuma keçmişdir. Uğurlu əməliyyat nəticəsində Lələ təpə, onun yanında adsız yüksəklik,Seysulan,Madagiz,Talış kəndlərini, Araz boyu on kilometr ərazini  azad etmişdir. Düşmən geri çəkilir. Biz Azərbaycan əsgəriylə fəxr edirik…

Cəld ayağa qalxıb sevincindən uşaq kimi evin tən ortasında oynayırdı. Qəflətən dayandı.Nə edəcəyini bilmirdi.Gəlini çağırdı:

-Gəlin, ay gəlin.halva bişirmək üçün hazırlıq gör. Nəzir demişəm ki, xoş xəbər eşidən kimi halva bişirib paylayacam. Qabil, sən niyə quruyub qalmısan. Qardaşın Sabirə,bacım Gülsümə  kəndçilərimiz var hamısına xəbər ver.

Əllərini yuxarı qaldırıb dua edirdi:

-Allahım,sənə şükürlər olsun.Arzum ürəyimdə qalmadı.

Xoş xəbərə qonşular da gəlib gözaydınlığı verirdi.Hamı sevinirdi.Hamı bir-birini qucaqlayıb öpürdü. Nurcahan isə eyni sözü təkrarlamaqdan yorulmurdu:

-Biz kəndə gedirik, kəndə,  Qarabağa. İnşllah hamımız qayıdacağıq.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma