Yoxa çıxmış dilənçi

     Yaz yenicə girmişdi. Yaşıl otların ətrinə nəm torpağın iyi də qarışaraq qəribə bir rayihə yaradırdı.  Sənəm xala çəpərdən  tökülmüş şaxları qucağına yığırdı. Bu arada qonşu Şahnisənin səsi eşidildi:
–  Ay Sənəm xala!… Ay Xanım xala!
Sənəm  hay verdi.
–  Həə… eşidirəm.  Yenə niyə səsin kəndi başına alıb?!
–  Deyirəm , bu gün yaxşı yaz havası var. yığışıb  lavaş bişirək.
Bu tərəfdən də  Xanımın  səsi gəldi:
–  Bizim xəndəyin aşağı tərəfindəki bulağın yanında bolluca tərə də var. Qutab da bişirərik.
Qadınlar Şahnisənin həyətinə toplaşdılar. Xanım  xəmiri kündələyir, Sənəm  yayır, Şahnisə isə sacda özünə məxsus məharətlə lavaşı bişirirdi.  Kənddə hamı deyirdi  ki, Şahnisənin bişirdiyi lavaşı heç kim bacarmaz. Zalım qızının lavaşı lap kəlağayı kimi gözəl olur.                 
 Bu vaxt həyətə köhnə geyimli dilənçi daxil olaraq onlara yaxınlaşdı. Bişmiş çörəkləri göstərərək əlinin işarəsilə ac olduğunu bildirdi.Şahnisə sacın üstündəki lavaşı oxlova alıb ona tərəf uzatdı. Dilənçi  əlini uzadanda  oxlovu  geri çəkib lavaşı bişmiş çörəklərin  üstünə sərdi. Dilənçinin əli havada qaldı. İkinci dəfə də Şah

lavas

nisə eyni hərəkəti təkrar etdi. Dilənçi  əllərini aşağı salladı və məyus halda udqunaraq bişmiş çörəklərə baxıb nəzərlərini Şahnisəyə yönəltdi. Dilini ağzından çıxarıb şəhadət  barmağı ilə üç dəfə  göstərərək lal olduğunu bildirdi. Onun hamiləlikdən  qabarmış qarnına işarə edərək dönüb uzaqlaşdı. Şahnisə elə bil yuxudan oyandı, cəld əlini bişmiş lavaşlara uzadıb bir neçəsini qamarladı . Ayağa qalxaraq  dilənçinin dalınca yüyürdü. Lakin dilənçinin izi- sorağı yox idi. O sanki göyə çəkilmişdi.                                                                                                                                               Bu hadisədən bir neçə ay keçdi. Şahnisənin oğlu dünyaya gəldi. Günlər, aylar, illər keçsə də həmin uşaq danışmadı.. Bütün kənd deyirdi ki, Allah lal dilənçiyə görə Şahnisəni cəzalandırıb. Övladının xiffətini çəkən ana çox yaşaya bilmədi.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma