Gecikmiş Şaxta Baba

    Yeni ilə bir neçə gün qalmışdı. Sevda oğlu Sadiqi yanına çağırdı:
–  Ay bala, uşaq neçə gündür şaxta babanı istəyir. Sifariş elə  gəlsin.
–  Düz deyirsən, ana. Oqtay artıq böyüyüb. İndi çağırmayıb, nə vaxt çağıracağıq ?
Bayırda şıddətli külək əsirdi. Dünəndən yağmış qarı sovurub adamın üzünə çırpırdı. Hava qaralırdı.  Qapı döyüldü. Sevda qapını açdı. Gələn Şaxta baba idi. O, nəvəsini uca səslə çağırdı:

 –  Oxtay,… ay Oxtay, hardasan ? Tez ol. Şaxta baba gəlib.

    Nəvə oxuya – oxuya gəlirdi:

 –  Şaxta baba, şaxtacan,

    Hardasan bu vaxtacan ?

   Uşaqla  Şaxta baba qucaqlaşdılar. Birdən Şaxta baba donub qaldı. Sevda heç nə anlamayaraq  təəcüblə ona   baxırdı. Şaxta baba yumruqla başını döyəcləyirdi. Birdən uca səslə qışqırdı:

 – Sevdaaa !- Və onu qucaqlayıb hönkürtü ilə ağlamağa başladı.Sevda isə quruyub qalmışdı. Birdən onun gözləri Şaxta babanın əlinin  üstündəki  döymə yazıya sataşdı.

    Çətinliklə də olsa öz adını oxuya bildi.

 –  Oxtay ! – deyərək  qışqırıb huşunu itirdi.

ded

    Qəflətən içəri girən Sadiq heç nə anlamayaraq  duruxub qaldı.

…Oqtay və Sevda eyni kənddən idilər. Məktəb illərindən bir – birlərinə meyl salmışdılar.

  Onlar orta məktəbi qurtardıqdan sonra müəllim olmağı qərara aldılar və hər ikisi sənədlərini pedaqoji  instituta verib qəbul olundular. İnstitutu  bitirdikdən sonra onların təyinatını Laçın rayonunun ucqar bir kəndinə verdilər. Böyüklərin xeyir-duası ilə evlənib  təyinat yerinə  getdilər. Hər şey axarınca gedirdi. Bir oğulları da olmuşdu. Sevda həmişə Oqtayı çağıranda “Oxtay” deyərək çağırırdı. Oqtay da həmişə  deyirdi: – Əzizim, mən Oxtay deyiləm, Oqtayam. O da cavabında deyirdi: – Dilim yatmır.

–  Lap yaxşı dilin yatır. Özün demirsən.

–  Hə, düz deyirsən. Səni Oxtay çağırmaqdan xoşum gəlir.

…Təəssüf ki, bu xoş günlər uzun çəkmədi. Mənfur qonşularımız vətənimizə hücum etdilər. Kənd camaatı nə qədər ağır olsa da öz dədə – baba yurdlarından köçməyə məcbur oldu. Oqtay isə ailəsini yola salıb düşmənlərlə döyüşməyə qərar verdi.

–  Siz gedin. Mən gələcəyəm.

–  Biz axı bilmirik hara gedirik.

–  Harda olsanız  mən sizi tapacağam. Arxayın olun.

   Beləliklə ayrıldılar…

…Qızğın döyüşlər gedirdi. Müqavimət göstərmək get – gedə çətinləşirdi. Aclığa – susuzluğa dözürdülər, ən pisi silah və patronun tükənməsi idi. Mühasirəyə düşərək təslim olmayıb əlbəyaxa döyüşə başladılar…

…Oqtay gözlərini açanda əvvəlcə harada olduğunu başa düşmədi. Heç nə yadına gəlmirdi. Ondan adını soruşdular. Deyə bilmədi.  Hamı onu “əsgər” deyə çağırırdı. Tibb bacılarının dediyinə  görə onu buraya döyüş yoldaşları gətirmişdi. Əsgər başının arxa hissəsindən aldığı  ağır zərbədən yaddaşını itirmişdi.

… İllər keçdi. Oqtay artıq qocalırdı…

… Sadiq bilmirdi  neyləsin.   Özünü itirməyib cəld masanın üstündəki qrafindəki sudan anasının üzünə çilədi. Oqtay hələ də özünə gəlməmiş Sevdanı kresloda oturtdu. Sadiq isə mat – mat gah anasına, gah da Şaxta babaya baxırdı. Sevda çətinliklə də olsa əli ilə Sadiqi çağırdı. Sadiq onsuz da onun yanında idi. Pıçıltılı səslə dilləndi:

–  Oğul, O, sənin atandır.

   Baş-başa verib səssiz-səssiz ağlayırdılar. Gecəni heç kim yatmadı.

  Təkcə balaca Oqtayın hay-küyü evi başına götürmüşdü, sevincinin həddi-hüdudu  yox idi.  Axı, Şaxta baba həmişəlik onların yanında qalacaqdı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma