Qaranquşun Xocalı arzusu


Yenə yaz gəlmişdi.Uçuq-sökük bir evin divarına üç qaranquş  qondu.Bu qaranquşlardan biri ana, ikisi də bala idi.Xeyli vaxt keçməsinə baxmayaraq ana qaranquş susurdu.Nəhayət,bala qaranquşlardan birinin səbri tükəndi:
–         Ana,ay ana,bizim burada nə işimiz var?Niyə bu qədər oturmuşuq?Yorulmuşam,həm də acmışam.Gəl uçub gedək evimizə. qaranqus
Ana qaranquş elə bil bu sözə bənd idi. Bir söz deyə bilmədi.Əvəzinə göz yaşları tökməyə başladı.Bala qaranquş yenə də dilləndi:
–         Ana, mən sənə məyər ağır söz dedim?Nə deyirəm ki, uçaq gedək evimizə.
–         Yox, ay bala,yox.Sən mənə ağır söz demədin.Axı elə bura bizim öz evimizdir.
Anasının bu cavabına bala qaranquşlar çaşıb qaldı.
–         Ana, onda indi yaşadığımız yer evimiz deyil?
–         Yox,can bala.Əsl evimiz elə buradır,ata – babadan da elə bura olub.
–         Ana,bəs bunu bu vaxta qədər  niyə deməyib indi deyirsən?
–         Ay bala,necə deyəydim,axı siz uşaq idiniz.İndi ,maşallah böyümüsünüz,qanad açıb göylərdə uçursunuz.Acını,şirini indi başa düşürsünüz.
–         Ana,axı burda  kəndin bütün evləri dağılıb.Heç kim yoxdu. Bəs burada yaşayanlar hanı?
Ana qaranquş dərindən ah çəkib danışmağa  başladı:
–         Balalarım,bura Azərbaycanın Xocalı kəndidir.Bir vaxtlar burada insanlar yaşayırdı.Gözəl evlər,bağlar,meşələr,bulaqlar göz oxşayırdı.Bax gördüyünüz bu uçuq – sökük evdə biz insanlarla birlikdə yaşayırdıq.Həyətdə bir qocaman tut ağacı da vardı.Bütün yayı bülbüllər də bu  ağacda oxuyurdu.İndiki kimi yadımdadır,biz hər yaz bu kəndə uçub gələndə uşaqlar sevinclərindən atılıb – düşərdilər.Hamı bir – birinə gəlişimizi sevinclə çatdırırdı.Bu evdə atanızla birgə yuva qurmağa başlayanda bir yaşlı qadın oğlunu muştuluqladı:
–         Oğul,gözün aydın.Qaranquşlar sənin evində  yuva qururlar.
Bir  yaz da  uçub gələndə buraları belə vəziyyətdə gördük.Məcbur olub, indi yaşadığımız yerə köçdük.Çünki biz qaranquşlar insanlarla bir yerdə yaşamağa alışmışıq.Onlarsız burada yaşaya bilməzdik.Buranı tərk etmək nə qədər acı olsa da çarəsiz idik.Çox əziyyət çəkdik.İnsafən,indiki yaşadığımız yerdə də insanlar bizə hörmət edir.Amma bura bizim ata – baba yurdumuzdur.Ona görə də sizi bura gətirmişəm ki, tanıyasınız.Hər il  yazda ümidlə  əvvəl bura gəlirəm.Təəssüf ki,neçə yazdır gələndə buraları belə  görüb çox məyus oluram. İnanıram ki,bir də gələndə  burada əvvəlki  kimi Xocalının sakinlərini, evləri, bağları, meşələri, bulaqları görəcəyəm. Yenə də  biz onların gəlişinə, onlar da bizim gəlişimizə sevinəcəklər.

Bir şərh

  1. Hekaye edebiyyatmizda aparici janrlardan biridir.Her zaman bu janra ehtiyac vardır.Meherrem muellimin “Qaranquwun Xocali arzusu “hekayesi de oz duwundurucurluyu ile meni de bir vetenperver ve oxucu kimi diqqetimi özünde cemlewdirdi.Hekayenin başlangıcının bir az geniw, daha tesirli olmagini isterdim.Meselen, na Qaranquwun bir az geniw daniwmasini,balalarini bunun gizli saxlamaginin sebeblerinden, ata -babalarından ve yaxwi olardi ki, bu sohbet oz felsefiliyi ile secilsin, lakonik ve yigcam olsun!Wexsi fikirlerim olduğu üçün eziz Meherrem muellim, semimi qebul edin.Ugurlar, muveffeqiyyetler arzulayiram.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma