Gözlənilməz görüş

                                                                                                                              Qarabağ döyüşçülərinə həsr edirəm.
             Qatı duman idi. İki addımlıqdan belə kimisə tanımaq mümkün deyildi. Hərbi hissənin komandiri Qələmdar bütün əsgərlərə  diqqətli və  ayıq-sayıq olmağı tapşırmışdı.. Hər gün ermənilər tərəfindən atəşkəs dəfələrlə pozulsa da bu gün sakitlik idi. Elə bu vaxt postda növbədə olan Faiq Əliyevin düz qabağında qəflətən əynində mülki geyim, çiynində də  xurcun olan bir nəfər peyda oldu.  Faiq özünü itirmədi.
        – Dayan, -deyərək silahı ona tərəf tuşlayıb xəbərdarlıq etdi.
    Naməlum adam dilləndi:
         –Ay bala, sən məni lap qorxutdun. Dumana düşüb azıb qalmışam.
         –Bəs buralarda nə edirsən?
         –Sizin üçün meyvə payı gətirmişəm, -deyərək xurcunu göstərdi.
         –Bu dumanda nə meyvə?
         –Ay oğul,mən evdən çıxanda hava çox yaxşı idi, duman birdən gəldi. Mən də yolu itirdim.
    Faiq rabitə vasitəsilə komandirə naməlum şəxs barədə məlumat verdi.
    Çox keçmədi ki, bir neçə nəfər əsgər gəldi.Onlardan biri onu növbəsini çəkib qurtardığı üçün dəyişməyə gəlmişdi. Faiq və digər əsgərlər naməlum adamı hərbi hissəyə doğru aparırdılar. Naməlum adam isə yol boyu əsgərlərlə deyib-gülür, zarafatlaşır, hətta lətifə də danışırdı. Nəhayət, hərbi hissəyə çatdılar. Faiq komandirin qapısını döydü. İçəridən “Gəl” sözünü eşitdikdən sonra içəri keçdilər. O, hərbi salamdan sonra naməlum adam barədə raport verdi. Lakin verilmiş raporta cavab gəlmədi.  Komandir donub qalmışdı. Elə bil Faiq ona nə hərbi salam vermişdi, nə də ki, raport. Handan-hana komandir yerindən asta-asta durub naməlum adama yaxınlaşıb gözlərini düz onun gözlərinə zillədi. Otaqda qəribə sükut yarandı. Bu ükutu elə komandirin  səsi pozdu:
       -Suren, bu sənsən?
     Surendən səs çıxmadı. Elə bil ayaq üstə dayanmış meyit idi. Faiq da çaşıb qalmışdı. Komandir tərəfindən “Azad”  komandası verilməsə də özündən asılı olmayaraq çevrilib Suren tərəfə baxdı. Ani olaraq ona elə gəldi ki, indicə gətirdikləri  adam həmin adam deyil. Onun əsl erməni sifəti həmişəlik olaraq Faiqin yaddaşına həkk olundu…
        Əslən Ağdamın Çəmənli kəndindən olan Qələmdar Surenlə bir kənddə böyümüşdü.Danışığından,hərəkətlərindən Surenə erməni demək olmazdı. Kəndin cəmaatından başqa onun erməni olduğunu az adam bilirdi.Qarabağ münaqişəsi başlamazdan bir qədər əvvəl Surengil ailəliklə kənddən köçüb getmişdi. Qələmdar isə orta məktəbi qurtaran kimi Ali hərbi məktəbə qəbul olub vətənə xidmət etməyi qərara aldı. Qurtaran kimi xahiş etdi ki, onu birbaşa cəbhə bölgəsinə göndərsinlər. Qısa müddətdə özünü bacarıqlı kadr kimi göstərdiyi üçün onu hərbi hissəyə komandir təyin etmişdilər.  Cəbhədə olduğu müddətdə kəşfiyyat məlumatlarından bilirdi ki, çox təhlükəli təxribatçıların sırasında Suren də vardır. Amma bu Surenin həmin Suren olduğunu bilmirdi. Bu gözlənilməz görüş Qələmdarı sarsıtmışdı. Ani olaraq Surenlə bir süfrədə kəsdiyi çörək, bir bardaqdan  içdikləri su yadına düşdü.
  Özünü ələ alan komandir əmr etdi:
– Aparın , xüsusi nəzarətdə saxlayın. Gətirdiyi payı isə ekspertizaya yollayın.
         Komandir xüsusu rabitə vasitəsilə hərbçilərimiz tərəfindən təhlükəli təxribatçının ələ keçirilməsi barədə rəhbərliyə məlumat verdi.
         Rəhbərliklə danışdıqdan sonra əsgərlərə “Düzlən” komandası verildi.
         Kapitan Qələmdar Hüseynov əmr etdi.
         -Əsgər Faiq Əliyev, sıradan çıx.
          Təhlükəli erməni təxribatçısının ələ keçirilməsində göstərdiyiniz fədakarlığa görə rəhbərlik sizə təşəkkür elan edir.
        Bir neçə gündən sonra komandir ekspertizanın nəticəsi ilə maraqlandı. Nəticə bir daha sarsıdıcı oldu, gətirilmiş erməni “payı” zəhərli imiş.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma