Orta məktəbin buraxılış imtahanlarına az qalmışdı. Riyaziyyat müəllimi Sədaqət müəllimə şagirdlərinə olan diqqətini daha da artırmışdı. Odur ki, bir neçə şagirdə məsləhət gördü ki, dərsdən sonra qalsınlar. Zəng vuruldu. Şagirdər hay-küylə sinifdən çıxdılar. Sədaqət müəllimə sinifdə qalmış şagirdlərə dedi ki, yazı lövhəsinə yaxın əyləşsinlər. Çətin mənimsənilən teorem və düsturları yazı lövhəsidə yazaraq izah edirdi. Üzünü şagirdlərə tutub dedi:
-Yazılanları dəftərinizə köçürün.
Özü isə gündəliyini çıxarıb qeydlər aparırdı. Əl saxlayıb uşaqlardan soruşdu:
-Kimdə yazıpozan var?
Heç kimdən səs çıxmadı.
-Hə eybi yoxdu. On dəqiqə fasilə.
Uşaqlar sinfi tərk edib fasilə qurtardıqdan sonra geri qayıtdılar.
Müəllim onlardan gələn kəsif siqaret iyini sezib dedi:
-Siz siqaret çəkirsiniz? Eyib deyil? Lövənin qabağında dayanın. Ciblərinizi də çevirin!
Hamı başını aşağı salmışdı. Ciblərini çevirdilər. Müəllim gördü ki, Hikmət əlini gizlədir. Ondan əlini göstərməyini tələb etdi.
O əlini açmaq istəmirdi.
-Hikmət səninləyəm əlini aç!
Onun əlini açmadığını görüb özü açdı. Ovcunda yazıpozan var idi. Dıqqətlə baxdı. Çətinliklə də olsa diyircəkli qələmlə qırmızı rənglə yazılmış “ata” sözünü oxudu. Onun nəzərləri Hikmətə dikildi. Rəngi dəyişdi. O…o… deyərək huşun itirdi. Şagirdlər çaşıb qalmışdı. Onlardan biri müəllimlər otağına qaçıb köməy çağırdı. Nə qədər çalışdılarsa da onu ayılda bilmədilər. Təcili yardım maşını gəlib onu xəstəxanaya apardı. Onu reaminasiya şöbəsinə yerləşdirmişdilər.
Hikmət çox sevinirdi. Bir neçə gündən sonra məktəbə hazırlıq sinifinə gedəcəkdi. Anası bu gün onun üçün çanta və məktəbli ləvazimatı almışdı. Çantanı boşaldıb içindəkiləri nəzərdən keçirirdilər. Məlum oldu ki, yazıpozan alınmayıb. Atası cəld ayağa durdu.
-Yazıpozan almağa gedirəm.
-Ay kişi nə vacib olub? Sabah gedib alaram.
Elə şey yoxdu. Özüm alacağam:
-deyib çıxdı.
Çox çəkmədi ki, qayıtdı. Yazıpozanı iki ədəd almışdı. Birini Hikmətə, birini də Sədaqətə verdi:
– Müəllimsən, At çantana lazım olar.
Hikmət qırmızı rəngli diyircəkli qələmlə yazıpozana ata sözünü yazdı.Sonrada anasına baxıb gülümsəyib dedi:
– Dəyişik düşməsin.
Ailə çox xoşbəxt idi. Amma bu xoşbəxtlik çox çəkmədi. Faşist xislətli mənfur, öz doğma torpağımızda zorla qonşu edilən ermənilər bizə qarşı misli görülməmiş, hətta ağla gəlməz vəhşiliklər etdilər. Ailə bir-birlərindən ayrı düşdü. Sədaqət nə qədər axtardısa da nə ərini nə də oğlunu tapa bilmədi.
Xəstəxanada Sədaqətin yanında iki nəfər oturub onun ayılmasını gözləyirdi. Hikmət və anası Rəna. Xəstə özünə gəlsədə yenə də huşunu itirirdi. Rəna həmişə səksəkədə idi. Heç özü də bilmirdi ki, qorxur yoxsa sevinir.
Sədaqət yavaş-yavaş, gündən-günə özünə gəlirdi. Hər dəfə gözünü açanda onları görürdü. Onlara isinişmişdi. Danışa bilməsə də gözlərini onlardan ayırmırdı. Rəna isə neçə illərdir ürəyində gəzdirdiyi sirri saxlamağa nə gücü nə də hövsələsi qalmışdı. Zorla da olsa dilləndi:
Sədaqət,mən artıq sənin sual dolu gözlərinə baxa bilmirəm. Yaxşılaşmağını gözləyirdim ki, danışım. Hikmət, oğlum sən də qulaq as. Mən ərə getməmişəm. Nişanlıyam, onu axtarıram. Yəqi ki, o da məni axtarır. Hikmət isə mənim oğlum deyil. Rayondan məcbur çıxarılarkən gözümə çarəsiz qalmış uşaq sataşdı onu da özümlə götürdüm. Əhd etdim ki, onu əmanət kimi yaxınlarına qovuşduracağam. Sənə dediklərimi özü də bilir. Uşaqlıq paltarlarını saxlamışam, evdədir. Yazıpozan cibində idi. Onu atam alıb:
-deyərək göz bəbəyi kimi qoruyur. Həmişə də özü ilə gəzdirir. Rəna hönkürdü daha danışa bilmədi. Hikmət uzun illər böyu həm yaxında həm də həsrətində olduğu anasına sarıldı. Bu hönkürtüyə Həkimlər də, tibb bacılarıda, xəstələr də qoşulmuşdu.