Qoşa baş daşı

Səhər açılırdı.Xoruzların banı,mal-qaranın böyürtüsü,itlərin hürüşmə səsi bir-birinə qarışmışdı.Səlim kişi əlini küçə qapısının dəstəyinə uzatmışdı ki,həyat yoldaşı Məsməxanımın səsi eşidildi:
-Ay kişi ,səhər açılmamış hara gedirsən?
– Uşağa baş çəkib gəlirəm.
-Bir-iki tikə çörək ye,çay iç sonra gedərsən.
-Yox,elə indi gedirəm.
-Həmişə mal-qaranı örüşə ötürüb gedərdin axı.
-Tələsirəm,yuxu görmüşəm.
-Nə yuxu?
-Məni yoldan saxlama,gəlib danışaram.
Ərinin xasiyyətini bildiyi üçün daha üstün vurmadı.
Tələsirdi.Qəribədir,heç özü də bilmirdi ki,nəyə görə tələsir.Gedə-gedə onu yuxudan oyadan gördüyü yuxunu ürəyində çək-çevir edirdi. Nəvəsinin qəbrinin üstünə uzaqdan uça-uça gəlib iki sığırçın oturdu. Onlardan birini qəbir uddu,o biri isə uçub çəpərlərinə qondu.
Çatmağa az qalmışdı. Başını qadırdı.Gördüyünə inanmadı.Elə bildi ki, onu qara asır.Gözlərini ovuşdurdu. Qəbri bir nəfər qucaqlayaraq uzanmışdı. Yaxınlaşmaq  istəsə də bacarmadı.Qıy çəkərək həyəcanla kəndə tərəf var gücü ilə qaçmağa başladı.Həyətə çatdı.Hay-küyə Məsmə xanım həyətə çıxdı.Gördüyünə çaşıb qaldı.Həyətə xeyli adam yığışmışdı.Hələ dalı da gəlirdi. Səlim kişi var-gəl edə-edə əlini uzadıb dili dolaşa-dolaşa ucadan nə isə deyirdi.Amma onun nə dediyini heç kim başa düşmürdü.Bu səs-küyə Məsməxanımın da səsi qarışmışdı:
-Evim yıxıldı ,ay camaat,kişi havalanıb!
Səlim kişi nə fikirlərləşdisə cəld küçə qapısından çıxaraq sürətlə qəbiristanlığa tərəf üz  utdu.Məsməxanım isə çaşıb qalmışdı,bilmirdi ki, nə etsin.O da saçını yola-yola dalınca çıxdı. Həyətdəkilər, yolda görənlər də onlara qoşuldu.Qəribədir heç kim heçnə bilmirdi.Hamı da Səlim kişinin dalınca düşmüşdülər.
…Şiddətli vuruşma gedirdi. Onları ermənilər üzük kimi dairəyə almışdı.Belə davam etsəydi mühasirəyə düşəcəkdilər.Yeganə yol onları səngərdən baş qaldırmağa qoymayan atəş nöqtəsini susdurmaq idi.Kərim içi çıxarılaraq  boynundan asılmış patronu yanındakı əskərə uzatdı:
-Bunu özündə saxla,qayıdanda səndən alacağam.
Həmin əsgərin əsl adını heç kim bilmirdi.Başında ağ tük çox olduğu üçün hamı onu “Qoca”çağırırdı.
Bunu deyib pulemyot yerləşdirilmiş tərəfə sürünməyə başladı.Çalışırdı ki,daha da çox yaxınlaşsın. Lazım olan mövqeyə çatıb,iki əl qumbarasının üzüyünü çəkib atəş nöqtəsinə tərəf tulladı.
Gözünü açanda özünü ala-qaranlıq otaqda gördü.Bir qədər keçmişdi ki,qapı açıldı.İçəri erməni zabitləri daxil oldu.Onu dəhşət bürüdü.Əsir düşdüyünü anladı.Onu huşsuz halda götürmüşdülər. Qorxduğu başına gəlmişdi.Məşəqqətli günlər başladı.İşgəncələr, dindirmələr.Onu hər gün armaturla döyürdülər.Gündə bir dəfə bir stəkan su,bir tikə də kiflənmiş quru, köhnə çörək verirdilər.Artıq Kərim günləri, həftələri,ayları da unutmuşdu.Sən demə ölmək də çox çətin imiş. Gecənin bir vaxtı sükut pozuldu.Göyü vıyıltı bürümüşdü.Bu sükutu Azərbaycan ordusunun təyyarələri pozmuşdu.Kərimin qulağına təşvişə düşmüş ermənilərin və ara-bir də avtomat səsləri gəlirdi.Təyyarələrdən atılan mərmilərin partlayışı yeri-göyü lərzəyə gətirirdi.Mərmilərdən biri lap yaxınlığa düşdü.O, tez özünü küncə sıxdı.İki əliylə üzünü,baş barmaqları ilə də qulaqlarını tutdu.Təyyarələrin səsi uzaqlaşırdı. Güncdən qalxıb çevrildi.İnanılmaz bir səhnə.Otağın bir tərəfinin divarı dağılmışdı. Bədirlənmiş ay hər tərəfi işıqlandır, ulduzlar sayrışırdı.Ulduzların arasında ən çox sevdiyi Dan ulduzunu tapdı.Tale üzünə gülmüşdü.Azadlıq.Ciyər dolusu bir neçə dəfə nəfəs alıb yola düzəldi.
… Avtobus kəndə çatırdı.Sürücüdən xahiş etdi ki,uzaqdan görsənən kənd yolunda
saxlasın.Avtobusdan düşdü.Hava təzə qaralmışdı.Kəndin yolu qəbiristanlığın yanından keçirdi.Qərara aldı ki,gecə də olsa şəhid olmuş qardaşının qəbrini ziyarət edib sonra kəndə getsin. Yolunu dəyişib qəbiristanlığa daxil oldu.Qardaşının qəbrini tapdı.Donum qaldı.Gördüyü onu həyəcanlandırdı.Qardaşının qəbrinin yanında bir qəbir də vardı.Əlləri əsirdi.Ağlına minbir fikir gəlirdi. Yəqin ki,burda dəfn olunan doğma adamdır. Görəsən,kimdi ölən? Əlini baş daşına sürtdü. Hiss etdiki,üstündə yazılar var.Tez cibindən alışqanı çıxarıb yandıraraq oxumağa calışdı.Oxuduqlarından sarsıldı.Baş daşında özünün adı,soy adı və atasının adı yazılmışdı.
Bir neçə həftədən sonra həmin qəbrə özünün başdaşına bitişik ikinci başdaşı da qoyuldu.
Baş daşında belə yazılmışdı: Şəhid Qoca.
Səhər təzə açılırdı.Gün hələ əməlli başlı qalxmamıdı.Ertə yuxudan duran Səlim kişi Məsməxanımı səslədi:
-Məsmə,ay Məsmə Sən çay-çörəyi hazırla, Kərimlə uşağa dəyib qayıdırıq.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma