Haqqında

Məhərrəm Mustafa Nüsrətdin oğlu 1956 – cı il avqust ayının 11-də Xaçmaz  şəhərində anadan olmuşdur. Orta təhsilini Xaçmaz şəhərində almışdır. Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsinin məzunudur. Ailəlidir, 2 övladı var.

Yaradıcılığının əsas mövzusu vətənpərvərlik ruhu, uşaqlar üçün əsas hekayələrdir. Onun 2015 – ci ildə yazdığı ilk “Yaralı tut ağacı” kitabının elektron variantının təqdimatı AMEA -nın konfrans zalında keçirilmişdir. Mütəmadi olaraq hekayələri mətbuatda dərc edilir.  2019-cu ildə Təhsil Nazirliyinin sifarişi ilə çap edilən I sinif  “Ana dili” dərsliyinə Məhərrəm Mustafanın iki hekayəsi – “Qaranquşun Xocalı arzusu”, “Şah və bağban”  daxil edilmişdir.

Məhərrəm Mustafa “Azərbaycan Jurnalistlər Birliyi” və “Hərbi Mövzular üzrə İxtisaslaşmış Peşəkar Jurnalistlər Biriliyi”nin üzvüdür.