Müqəddəs duz

                                                                                                                                                            Qarabağ qazılərinə ithaf edirəm.
        Altay bu gün əsgər gedirdi.Onu yola salmağa ailə üzvləri və yaxın dostları  gəlmişdilər.Hərbi komissarlığın işçısi avtobusa minmək üçün çağırışçıların siyahısını oxuyurdu.Altayın da adı çəkildi.O hamı ilə vidalaşdı. Ən axırda  anası Rəfiqəyə yaxınlaşıb onu qucaqlayaraq üzündən dəfələrlə öpdü.
     -Ana,məndən nigaran qalma.Əsgərliyimi bitirib geri qayıdacağam.
      -Sağ ol,ana.
   Aralanmaq istədi.Lakin anası onun əllərindən bərk-bərk tutmuşdu.Buraxmaq istəmirdi.Altay bir də anasını qucaqlayıb ondan aralanmaq istədi.Anası:
   -Altay,bir dəqiqə ,dayan.
       Cibindən balaca bir bükülü çıxarıb ona verdi:
– Oğul, həmişə bu bükülü üstündə saxla,səni qoruyacaq.
     Altayın adı təkrarən səsləndi.Altay bükülüdə nə olduğunu belə soruşa bilməyib cibinə qoyub cəld avtobusa mindiYola düşdülər. Beləliklə Altayın əsgər həyatı başladı.Artıq iyirmi gün idi ki,xidmət edirdi.
      Hərbi hissədə “düzülüş” komandası verildi.Növbətçi zabit əlindəki siyahıya baxıb Altayın və ondan başqa  iki nəfərin adını çəkdi.Onlara hərbi hissənin komandirinin yanına getməyi əmr etdi.Komandir  bildirdi:
     -Siz kəşfiyyat təlimlərinə göndərilirsiniz.
      Altaygil  kəşfiyyat təlimələrinə başladılar.İstirahət günü idi. O, əsgər paltarlarını ütüləməyi qərara aldı. Birinci növbədə ciblərini boşaltmağa başladı.Əlinə əsgərliyə yola düşəndə anasının verdiyi bükülü gəldi.Xidmət etdiyi müddətdə bir dəfə də olsun onu açmamışdı. İndi də əlində bükülü çaşıb qalmışdı: ”Açım,ya açmayım? ”Bükülünü açmağa qərar verdi. Amma , açmağa ürəyi gəlmirdi.Bilirdi ki,anası verdiyi bu bükülünün içərisində nədirsə həqiqətən onu qoruyacaq. Açmaq istəmədi. Ona elə gəlirdi ki, bu bükülünü açsa sehirli qüvvəsini itirəcək. Qapı qəflətən açıldı. Əsgər yoldaşı Barat içəri girdi. Gördü ki,Altay əlində bir bükülü donub qalıb, özündə deyil. verdiyi salamı belə eşitmədi. Ona yaxınlaşıb ucadan dilləndi:
 -Ay Altay, səninləyəm.
Altay bu səsdən diksindi.
 –  Nə olub?
    -Altay, mənə yox,sənə nə olub? Əlindəki nədir?
    -Bunu mənə əsgər gələndə anam verib. Deyib ki, üstündə saxla, bu səni qoruyacaq.
    -Bəs onun içindəki nədir?
    -Bilmirəm.
    -Necə yəni bilmirəm?
    -Bilmirəm də. Bilmirəmin necəsi olur?
    -Onda aç baxaq görək nədir?
    -Qardaş, üz vurma, açan deyiləm.
    -Uşaqlıq etmə, aç baxaq.
    Baratın inadından sonra elə özündə də güclü maraq oyandı ki, görəsən bu bükülünün içindəki nədir? Bükülünü açmaq istədi. Yenə ürəyi gəlmədi.Bükülünü Barata uzadıb dedi:
    -Yaxşı, onda sən aç.
     O, bükülünü çox ehtiyatla açmağa başladı. Elə açırdı ki, elə bil mina zərərsizləşdirirdi. Birdən ikisinin də nəzərləri bir-birinə dikildi. Bükülüdəki duz idi.  Hər ikisi susmuşdu. Barat bükülünü necə açmışdısa eləcə də səliqə ilə büküb Altaya qaytardı.duz
        … Altaygil dədə-babadan Bakının Masazır kəndində yaşayırdılar.Altay uşaqlıqda ata-anasından daha çox babası və nənəsinin yanında olurdu. Babası duz satmaqla məşğul idi. Dəvəyə duz yükləyib Bakıya , həmçinin Azərbaycanın digər rayon və kəndlərinə satmağa aparırdı. Dolanışıqları əsasən duzdan və balıqdan çıxırdı. Babası çox vaxt gölə duz gətirməyə gedəndə onu da özü ilə aparırdı. Duz gölünə çatanda babası həmişə özünün və onun yol gəldiyi ayaqqabıları çıxarıb özü ilə gətirdiyi ayaqqabılarla dəyişirdi. Bir dəfə Altay babasından soruşdu:
     -Baba,biz bu gölə gələndə niyə ayaqqabılarımızı dəyişirik?
Babası bu suala gec cavab verdi. Yadına uşaq vaxtı öz babası ilə gölə gəldiyi günlər düşdü.Axı eyni sualı o da  babasına vermişdi.
         -Baba, ay baba.
Nəvəsinin səsi onu xəyallardan ayırdı. Ona babasının bu suala verdiyi cavabı nəvəsi üçün təkrarladı.
         -Bala, bu duz gölü müqəddəsdir. Murdarlamaq olmaz.Ona görə də ayaqqabılarımızı dəyişirik. Dədə-babalarımız  and içəndə duz-çörəyə and içiblər.
       … Artıq Altaygilin təlimləri başa çatmışdı. Komandir Altayı və onunla birgə o biri iki nəfəri də yanına çağırdı:
     -Siz kəşfiyata göndərilirsiniz. Cəbhə xəttində atəşkəs düşmən tərəfindən müxtəlif istiqamətlərdə tez-tez pozulur. Siz düşmənin atəş açdığı yerləri dəqiqləşdirib xəritədə qeyd etməlisiniz. Sizə inanıram. Rabitə olmayacaq,  müstəqil hərəkət edəcəksiniz. Vaxt məhdudiyyəti də yoxdur. Ancaq hərbi tapşırığı yerinə yetirdikdən sonra qayıdacaqsınız. Sizə uğurlar.
        Altay ixtisasca topoqraf idi. İndi başa düşdü ki, bu qədər əsgərin içərisindən məhz niyə onu  seçiblər. Onlar üçün ayrılmış ərzağı alıb yola düşdülər. Yollarla deyil, ancaq cığırlarla hərəkət edirdilər. Danışmaq olmazdı. Bir-birləri ilə jestlərlə danışırdılar.Acmışdılar. Nahar etmək işarəsi verildi. Münasib yerdə süfrə açıb iştahla yeməyə başladılar.Barat süfrədə nəyisə axtarırdı. Soruşdu:
   Nə axtarırsan?
Duz axtarıram. Süfrədə duz yox idi. Ərzaq çantasına baxmalı oldular. Amma  nə qədər axtarsalarda tapılmadı. Məlum oldu duz yaddan çıxıb. Barat  sakitcə Altaya yaxınlaşıb zarafatla, pıçıltı ilə onun qulağına dedi:
    -Dolamısan bizi,duzu qoymusan cibinə, özün də də deyirsən ordan duzu ver.
      Başqa çarə yox idi. Cibindən duzu çıxarıb süfrəyə qoydu. Günlər keçirdi. Hərbi tapşırığı tam yerinə yetirə bilməmişdilər. Vaxt uzandıqca ərzaql da azalırdı. Duzdan  qənaətlə istifadə edirdilər. Hər dəfə çörək yeyəndə hamı ürəyində Altayın anasını yada salır, ona minnətdarlıq edirdilər. Altay da  ürəyində  anasına deyirdi:
      -Sağ ol,ay ana. Sən necə də diqqətlisən.
         Nəhayət,kəşfiyyar dəstəsi hərbi tapşırığı yerinə yetirib geri qayıdırdı.
Arabir əlini ürəyinin üstünə aparırdı. Bundan narahat olan Barat ondan soruşdu:
    – Altay,nə olub? Ürəyin səni narahat edir?
        -Yox qardaş, ürəyim məni narahat etmir, lap yaxşıdır,sadəcə vərdiş etmişəm,duzu yoxlayıram.
      Barat gülümsədi.
        Günlər keçdi. Altayın hərbi xidmət müddəti qurtardı və təxris olundu.
        Altay əsgər formasında avtobusda oturmuşdu, sərnişinlərin əksəriyyəti onu tanımasa da  sağ –salamat qayıtmağı  münasibəti ilə gözaydınlığı verirdi. Avtobus duz gölünün yanından keçəndə nə fikirləşdisə sürücüdən avtobusu saxlamağı xahiş etdi. Gölə yaxınlaşıb cibindəki bükülünü çıxardı. Ehtiyatla açıb içində qalan duzu gölə səpdi. Sərnişinlər təəccüblə onun bu hərəkətinə baxırdılar. Geri qayıdanda  sərnişinləri intizarda qoymadı:
  -Əsgər gedəndə anam mənə bu gölün duzundan bir bükülü verib. Bu gölə səpdiyim duz bütün Qarabağı mənimlə birgə gəzib.Bu duza Qarabağın ətri, ruhu,sevgisi,məhəbbəti hopub. İstəyirəm ki, bütün süfrələrdə də bu duzdan olsun.Hamıya   özü ilə Qarabağ sevgisini çatdırsın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma