Elxan və Orxan bir aydan yuxarı onlara verilmiş hərbi tapşırığı yerinə yetirib geri qayıdırdılar.Çox yorulmuşdular. Həm də səhər açılırdı. Gündüz hərəkət etmək təhlükəli idi.Mütləq gecəni gözləməli idilər. Dalda bir yer tapıb gizləndilər.Arabir Elxan durbinlə müşahidə aparırdı.Üzünü Orxana tərəf tutub dilləndi:
– Qardaş, vəziyyət gərgindir. Biz erməni silahlıları ilə əhatə olunmuşuq. Bu yolla irəli getmək olmayacaq. Axşamı gözləyib geri qayıdacağıq.
– Necə yəni gerı qayıdayacağıq? Orxan təəccüblə sual verdi.
– Biz geri qayıtmasaq ələ keçə bilərik. Əldə etdiyimiz çox mühüm və əhəmiyyətli kəşfiyyat məlumatlarını rəhbərliyə çatdıra bilmərik. Zəhmətimiz də hədər gedər. Hərbi hissəyə iki gün geç çatacağıq.Bizə əmri yerinə yetirmək tapşırılıb. Vaxt məhdudiyyəti qoyulmayıb.
Artıq axşam düşürdü. Kəşfiyyatçılar elə gəldikləri yolla da geri qayıtmağa başladılar. Onlar bir- birinin ardınca altı-yeddi metr ara saxlayaraq sakit-sakit gedirdilər. Heç biri danışmırdı.İki-üç saat getdikdən sonra qabaqda gedən Elxan yolu dəyişdi. Bir qədər də getdikdən sonra daşlı,qayalı olan bir zirvənin ətəyinə çatıb bir az istirahət etməyi qərara aldılar. Orxan dilləndi:
– Bura ki Mamırlı qayadır.
– Hə, oradır. Burdan keçəcəyik.
– Qardaş, bu yol demək olar ki, keçilməzdir.
– Düz deyirsən. Başqaları üçün hə, bizim üçün yox. Elə ona görə də burdan keçəcəyik.
Elxan çiyninə keçirdiyi çantanısını açaraq təxminən səkkiz-on metr uzunluğunda ip çıxarıb hər iki ucunu dolanaq edib bir tərəfini Orxana verib dedi:
– Əlinə keçir və dalımca gəl.
Zirvəyə qalxdıqca çən çoxalırdı.Qara buludların arasından bədirlənmiş ay göründü.Yol getmək xeyli asanlaşdı.
Artıq, zirvəni keçib aşağı düşürdülər. Düz yanlarından hürkmüş dağ keçisi qaçdı.Bir necə saniyədən sonra partlayış səsi eçidildi. Onlardan azca aralı mina partlamışdı. Hər ikisi yerə uzandı. Elxan ayağa durmaq istədi, bacarmadı. Orxana tərəf süründü.
– Qardaş, necəsən? Qalx görüm.
– Tərpənə bilmirəm,Elxan.
– Hə qardaş, eşidirəm.
Orxan cibindən nə isə çıxardıb, ovcunun içərisində ona uzatdı.
– Al bunu,birdən…
Elxan qanlı əliylə tez onun ağzını tutdu.
– Sus, sənin dalınca gələcəyəm. Əlindəkini də kimə çatmalıdırsa özün verərsən.
Elxan ayaq üstə dayana bilmirdi. Sürünə-sürünə gedirdi. Bu cür gediş həm əziyyətli idi, həm də vaxt aparırdı. Bir qədərdən sonra qabağına kiçik ağaclıq çıxdı. Çətinliklə də olsa iki ağac sındırıb qoltuğaltı düzəldib yoluna davam etdi.
…Elxan və Orxan uşaq evində böyümüş, internat məktəbini bitirib hərbi xidmətə çağırılmışdılar.Qarabağdan – müharibə bölgəsindən uşaq evinə gətirilərkən eyni yaşda,eyni boy-buxunda olduğundan onları əkizlər deyə çağırırdılar.Onlara adı müəllimə Xocalı faciəsi günü itkin düşmüş öz əkiz övladlarının adlarını qoymuşdu. Elxan və Orxan bir-birlrinə çox isinişmişdilər. Özləri də inanırdılar ki, əkizdirlər.
… Dan yeri sökülürdü.Müşahidə qülləsindəki əsgər durbinlə ətrafı nəzərdən keçirirdi. Birdən gözünə uzaqda səndirləyə-səndirləyə hərbi hissəyə tərəf gələn qaraltı göründü və cəld bu barədə rabitə vasitəsilə növbətçi zabitə məlumat verdi. Növbətçi zabit naməlüm görüntüyə tərəf avtomobillə iki əsgər gödərdi. Onlar gəlincə Elxan taqətsiz halda yerə yıxılmışdı.Onu hərbi hissəyə gətirdilər. Növbətçi həkim onu müayinə edib dedi:
– Yaralının vəziyyəti ağırdır. Təcili Bakıya çatdırılmalıdır.
Artıq komandir özünü yetirmişdi. Soruşdu:
– Bəs Orxan hanı?
– Sağdır,Mamırlı dağda qoyub gəlmişəm.Yarası ağırdır.Qalxa bilmədi.
– Ay oğul, ora necə gedib çıxmısınız? Oranı gündüz keçmək olmur , qaldı ki, gecə vaxtı.
Komandir növbətçi zabitə əmr verdi:
– Helikopteri işə salın,desant dəstəsi hazırlaşsın.Həkim, sizdə onlarla gedin.
Elxan ayağa durmağa cəhd etdi.
– Sən hara?
– Mən qardaşıma söz vermişəm ki, dalınca mütləq gələcəyəm.İcazə verin mən də gedim.
Komandir bir anlıq fikrə daldı:
– Onu da özünüzlə aparın.
Təhlükəli olsa da helikopter Mamırlı dağa endi.Endi deyəndə dağa bir təkəri dəyirdi.Digər təkərləri havada qalmışdı.
Nə qədər yaralı da olsa birinci özünü yaralıya Elxan yetirdi:
– Qardaş, gəldim.
Orxanın azca aralı gözlərində ümüd işığı parıldadı və çöhrəsinə təbəssüm qondu.
Həkim elə helikopterdə Orxanı müayinə etdi və komandirə məlumat verdi:
– Cənab komandir, yaralıları təcili olaraq Bakıya-hərbi qospitala çatdırmalıyıq.
– Yaxşı, həkim qalsın, desantları düşürün.
– Hər dəqiqə qiymətlidir. Desantları düşürsək vaxtımız gedər.
– Oldu, birbaşa Bakıya uçun.
… Çatan kimi həkim yaralılara yardım etdi.
… Həkim də, desantlar da susurdu. Onların nəzərləri baş – başa verib,bir – birinin əlundən tutub mışıl-mışıl yatan əkizlərdə qalmışdı.
Məhərrəm Mustafa
Fevral 2016