İnanılmaz qəribəlik 

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda Xocavənd ətrafındakı döyüşlərdə ağır yaralanmış, 6 ay komada qalıb şəhidlik zirvəsinə ucalmış Səbuhi Hüseynliyə həsr edirəm.

    Havalar xoş keçirdi. Samirə xanım həyətə düşdü. Ətrafa göz gəzdirdi. Evin yaxınlığındakı ağacın quru budağında göyərçin oturmuşdu. Samirə xanım dərhal fikirləşdi ki, quşu nəvəsi Babəkə göstərsin. Evə girib qucağında nəvəsi ilə bayıra çıxdı. Ağacda otumuş göyərçini nəvəsinə göstərdi.
     Gözlənilmədən göyərçin uçub nənənin çiyninə qondu. Başını Samirənin üzünə sürtərək qanadları ilə saçlarını sığalladı. Sonra göyərçin Samirənin çiynindən Babəkin çiyninə hoppandı. Eynilə başını onun da üzünə sürtdü və qanadları ilə Babəkin də başını tumarladı.
     Samirə göyərçinə diqqətlə baxırdı. Mat qalmışdı. Göyərçinin gözləri ona doğma gəlirdi. Quşun hərəkətlərini izləyərək yerində donub qalmışdı.
     Qəflətən göyərçin qanad çalıb havaya qalxdı, onların ətrafında bir neçə dəfə dövrə vurub uçub gözdən itdi.
     Samirə qaradinməz olmuşdu. Heç bir işə əli getmirdi. Fikri göyərçində qalmışdı. Yuxusu da qaçmışdı.
     Artıq səhər açılmaq üzrə idi. Ara – sıra xoruzların banlaması eşidilirdi. Ani olaraq onu mürgü apardı. Qulağına oğlu Səbuhinin pıçıltılı səsi gəldi:
     – Ana, o göyərçin mən idim.

Məhərrəm Mustafa

22.01.2022

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma