Kimsəsiz cücə

    Yaz yenicə girmişdi. Gecədən başlayan çiskin yağış hələ də yağırdı.Evdə oturmaq istəmədim. Həyətə düşüb yaz havasından doyunca ciyərlərimə çəkdim.Arabir bayırdan həyacanlı cücə səsi gəlirdi.Səbrim çatmadı,küçə qapısını açdım. Yaz soyuğundan büzüşmüş və  islanmış nabələd cücə cəld həyətə girərək  çaşqınlıqla o yan bu yana vurnuxub  yenicə cücə çıxarmış anac toyuğun qanadının altına girməyə cəhd etdi.Lakin anac toyuq  tüklərini qabardaraq qaqqıldayıb  onu yaxına buraxmayıb dimdikləyərək qovdu.

   Gündən günə cücələr   boyüyürdü.Yad cücə onlara  qarışa bilməsə də yan-yörələrində  dolaşırdı.

       Bir müddət keçdi. Artıq yad cücə boyüyüb fərə olmuşdu.

   Həyətdə oturub  istirahət edirdim. Küçədən  səs gəlirdi:

-Cücə satıram,cücə satıram, ay cücə alan,cücə satıram!

    Maraq məni üstələdi.  Küçəyə çıxdım. Satılan cücələr çox gözəl idi. Nəvələrimi sevindirmək üçün on ədəd alıb həyətə buraxdım və onları çağırdım:

 -Buraya gəlin, baxın görün baba sizə nə alıb.

Nəvələrim  bir-birinə macal vermədən hay-küylə həyətə düşdülər.

-Hə, baba, bizə nə almısan?

Qəribədir, cücələrin heç biri görünmürdü.Axtarmağa başladım.

Xədicənin səsi gəldi:

-Baba, bura  bax.Balaca toyuğumuz cücə çıxarıb.

   Göstərdiyi “ balaca toyuq” kürt yatmamışdı, necə cücə çıxara bilərdi? “Balaca toyuq”  aldığım  cücələrin hamısını  qanadlarının altına alıb moruq kollarının altında gizlənmişdi. Nəvələrim yaxınlaşmaq istəsə də toyuq  imkan vermədi. Doluxsunmuşdum. Yetimliyin nə olduğunu hamıdan yaxşı bilən bu balaca və cılız fərə  on yetim cücəyə analıq etməyə başlamışdı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma