Qərənfillər ünvanına çatdı…

Araz evə yenicə girmişdi ki, telefona zəng gəldi. Dəstəyi qaldırdı. Qonşu Məmməd kişi idi.
– Oğul, zəhmət olmasa bizə keç, sənə sözüm var.
– Evə indicə girmişəm. Bir stəkan çay içib gəlirəm.
– Yox, oğul, indi gəl!  Çayı sonra içərsən.
Araz daha bir söz demədi.  Öz – özünə deyindi: – Bu kişi də qəribə adamdır, çox qapalıdır. Ondan baş açmaq olmur.                                                                                                             Amma belə fikirləşdiyinə görə özü – özündən xəcalət çəkdi. Yəqin ki, kişinin vacib sözü var. Yoxsa məni təcili çağırmazdı.
Bu arada Arazın həyat yoldaşı Fəridənin səsi gəldi:
– Nə olub, ay kişi, evin ortasında dayanıb öz – özünlə danışırsan ?
– Məmməd əmi məni çağırır.
– Onda sən get ona dəy, sən gələnə kimi mən də süfrəni hazırlayım.
Arazın gedib qayıtması çox çəkmədi. Qucağı qərənfillə dolu idi. Fəridənin sorğu dolu baxışları Araza dikilmişdi.
– Məmməd əmi xəstələnib. Mənə dedi ki,  – “Oğul, sən bilirsən ki, mən hər il 20 yanvarda Bakıya, Şəhidlər Xiyabanına ziyarətə gedirəm. İndi özümü çox pis hiss edirəm. Belə vəziyyətdə gedə bilməyəcəyəm. Masanın üstündəki qərənfilləri özünlə götür. Sabah səhər tezdən Şəhidlər Xiyabanına gedib mənim əvəzimə şəhid məzarlarına düzərsən. Deyərsən ki, Məmməd əmini bağışlayın, gələ bilmədi, amma bu qərənfilləri göndərdi”.
Sonra əlindəki pulu mənə uzatdı. Almaq istəmədim. İnciyəcəyini bildirib təkid etdi.     Hər ikisi süfrə arxasında oturmuşdu. Fəridə dilləndi:
– Araz, ləngimə, yat, səhər ertə durmalısan.
– Hə, düz deyirsən, – deyib yatmağa keçdi. Nə qədər çalışsa da yata bilmədi.
Səhər tezdən yola çıxıb özünü Şəhidlər Xiyabanına çatdırdı. O, ömründə bir yerdə bu qədər adam görməmişdi. Ona elə gəldi ki, bütün Azərbaycan buradadır. Özünə söz verdi ki, o da Məmməd əmi kimi hər il 20 yanvarda ziyarətə gələcək.
Ona da növbə çatdı. Sıra ilə Məmməd əminin dediyi qaydada qərənfilləri məzarların üstünə düzə – düzə ziyarət etdi. Məmməd əminin tapşırdığı sözləri bərkdən yox, pıçıltı ilə dedi. Kövrəlmişdi, ağlamaq istədi. Bacarmadı.
– Yox, mən ağlayıb göz yaşı axıtmayacağamqerenfil. Göz yaşlarımı Qarabağda qələbə günü Arəzbaycan bayrağı sancılanda tökəcəyəm.
Birdən elə bil yuxudan ayıldı. Necə də unutmuşdu. Axı Məmməd əmiyə zəng etməliydi. Onun telefon nömrəsini yığdı.
– Alo, Məmməd əmi, mənəm, Araz. Dediyiniz qaydada qərənfilləri düzüb sözlərinizi də çatdırdım. İndi Xaçmaza qayıdıram.
– Çox sağ ol, oğul. Zəhmətini mənə halal et.
– Bu nə sözdür, əmi. Kaş əvvəldən mən də sizə qoşulub hər il bura – ziyarətə gələydim.
Araz Xaçmaza qayıtmağa tələsirdi. Özü də bilmirdi niyə tələsir. Evlərinə çatmağa az qalmış gördü ki, həm özlərinin, həm də Məmməd əminin  küçə qapısı açıqdır. Hər iki həyətdə tək – tük adamlar  görünürdü. Fəridə ağlaya – ağlaya ona yaxınlaşdı:                      – Məmməd əmi vəfat etdi.
– Nə vaxt, axı mənimlə danışırdı ?
– Hardasa saat üçə işləmiş.
Araz telefonundakı Məmmədə zəng etdiyi vaxta baxdı. Başa düşdü ki, Məmməd əmi onun zəngindən az sonra vəfat edib. Sarsıldı. Çaşıb qalmışdı. Bilmirdi neyləsin. Fəridə onun köməyinə çatdı:
Nə duruxub qalmısan ? Camaat indicə qəbirstanlığa  yollanıb.  Sən də özünü çatdır!
Araz  çatanda baş daşı qoyulurdu. Üstündəki yazı onun diqqətini cəlb etdi.                                                                                                                                  Məmməd, Xocalı sakini .

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma