Diribaş kirpi

Payız fəslinin ortaları idi. Ağaclar yarpağının çox hissəsini tökmüşdü. Balaca Nadir pəncərənin qabağında dayanıb armud ağacından qopub düşən yarpaqların  qəribə formada fırlana-fırlana yerə düşməsini  seyr edirdi. Birdən onun gözü ağacda qalıb dərilməmiş armuda  sataşdı. Meyvə yığmaq üçün ağaca söykənmiş nərdivan hələ də

44_hedgehogs_body04-1600x1067

götürülməmişdi. Könlündən armudu dərmək keçdi. Həyətə çıxıb nərdivanla yuxarı qalxmağa başladı. Yetərincə yetişən sap-sarı armuda baxıb ağzı sulanırdı. Əlini  armuda uzatdı. Amma nə qədər ehtiyyat etsə də armud qəflətən yerə düşdü. Nadir cəld  yerə enib armudu axtarmağa başladı. Nə görsə yaxşıdır? İri bir kirpi armudu qucaqlayıb tez-tez aparır. İstədi ki, armudu kirpidən qamarlayıb alsın .Lakin kirpinin tikanlarından qorxdu, geri çəkilib  atasını çağırdı:

-Ata… Ay ata, tez bura gəl.

Nadirin səsini eşidən atası cəld özünü yetirərək təlaşla soruşdu:

-Hə, Nadir nə olub?

Nadir əlilə kirpi gedən tərəfi göstərdi:

-Kirpi armudumu apardı.

Onlar cəld həmin tərəfə getdilər. Ana kirpi onların yolunun üstündə dayanmışdı. Azca aralıda isə onun  balaları armudu iştahla didişdirirdi. Ata və oğul bir-birinin üzünə baxaraq ehtiyyatla səssiz-səmirsiz uzaqlaşdılar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma