MƏKTƏBDƏN GƏLƏRKƏN

Axşamdan başlamış çiskin payız yağışı hələ də yağırdı. Əsən külək hərdən güclənib ağaclarda tək-tük qalmış  yarpaqları yerə düşməyə qoymayaraq havaya qaldırıb ora-bura çırpırdı.

Yaxınlıqda yerləşən birinci sinfində təhsil alan nəvəmlə birgə evə gəlirdik. Nəzərimi yolun kənarında dayanmış kiçik yaşlı qız cəlb etdi. Ona yaxınlaşdım.  Bu məsum qızın üzündəki təlaş açıq-aşkar sezilirdi. Hiss olunurdu ki üşüyür. Həm də tez-tez sağa-sola baxırdı. Onun boyuca əyilərək soruşdum:

-Qızım burda niyə dayanmısan?

-Yolu keçmək istəyirəm.

-Əlini ver bir yerdə keçək.

-Yox,keçə bilmərəm.6sayli orta

-Niyə?

-Anam mənə tapşırıb ki, maşın kecəndən sonra keçərsən.

Daha bir söz deməyib  mən də gözlədim.Nəhayət bir yük maşını keçdi. Əlimi qıza uzatdım. O da mənim əlimdən tutdu. Üçümüzdə yolu sevinclə keçdik. Onların evini tanıyırdım. Qonşu küçədə yaşayırdılar. Onu tək buraxmağa ürəyim gəlmədi. Qərara gəldim ki evlərinə aparım.Sən demə bu uşaq ilk baxışda qaradinməz görsənsə də əslində elə deyilmiş. Evlərinə çatanadək danışdı güldü. Nə soruşurdumsa həvəslə cavab verirdi.Artıq çatmışdıq.Küçə qapısını döydüm. Qapını qucağında körpə uşaq olan bir gəlin açdı.Məktəbli qız cəld əlimi buraxıb  onu qucaqladı. Gənc ana təbəssümlə öz təşəkkürünü bildirdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma