Babama salam de

                                    20 Yanvar şəhidlərinə həsr edirəm.

        Gecədən yağan qar hələ də tək – tək atırdı. Şimal küləyi hərdən sakitləşsə də, yenidən cuşa gəlib yerdən qarı qadıraraq  insanların  fəryadıyla birləşib burulğana dönərək daha uzaqlara aparırdı. Tökülən göz yaşları qara hopub qalırdı. Bu göz yaşları torpağa hopub görünməz olmaq istəmirdi. Bu göz yaşları istəyirdi ki, bütün dünya onu görsün.20januaryrus

         Qonşuya 20 Yanvar şəhidi gətirilmişdi. Onu dəfn etmək üçün xeyli adam yığışmışdı.
Dəfn üçün elan olunmuş vaxtdan keçsə də şəhidi otaqdan çıxarmağa qadınlar mane olurdu. Ağsaqqalların müdaxiləsi ilə şəhid mafəyə qoyuldu. Ağlaşma səsi daha da yüksəldi. Artıq mollanın nə dediyini heç kim eşidə bilmirdi.

           Cənazəni qalırdıq. Kimi ürəyində səssiz-səssiz , kimisi də açıq aşkar ağlayırdı. Ağlaşmaya dalımızca gələn şəhidin beş yaşlı oğlunun harayı da qarışmışdı:
– Atamı aparmayın! Atamı aparmayın! Atamı hara aparırsınız!? Mən də atamla gedirəm! Məni də aparın!
Onu geri qaytarmağa heç kimin cürəti çatmırdı. Ən yaşlı kişilərdən  biri uşağa yaxınlaşıb başını tumarlaya – tumarlaya dedi:
– Sakit ol, atanı babanın yanına aparırıq.
Uşaq bir qədər duruxub yenidən səsini ucaltdı:
– Ata! Ay ata! Babamı qucaqlayıb məndən salam deyərsən!
Bu salam hamını vəcdə gətirdi. Ürəyi daş olanlar belə ağlamağa başladı. Babasına salam göndərən uşağın səsi indi də qulaqlarımdadır. İnanmıram ki, bu səsi nə vaxtsa unudacağam.

18.01.17

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma