Novruz payı

Novruz bayramının səhəri günü məni qonaq çağırmışdılar.Getdim.Qonaqlıq çox uzun çəkdi.Artıq gecə saat iki olmuşdu.Getməyi qərara aldım.Qoymurdular.Bəhanə gətitdim ki, səhər tezdən  Bakıya gedəcəyəm.Canımı qonaqlıqdan zorla qurtardım.Bir necə nəfər də məni ötürməyə həyətə düşdü. Tuflilərimi geymək istədim.Amma, tapa bilmədim.Axtarmağa başladıq. Nə qədər axtardıqsa da xeyri olmadı.Hərə bir söz deyirdi:

-Yəqin kimsə dəyişik salıb geyinib gedib.

-Deyəsən qonşunun iti aparıb.

Qısası,tufli tapılmadı ki, tapılmadı.Həyətdəki çəkələklərdən bir cütünü ayağıma keçirib,hamıyla sağollaşaraq  yola düzəldim.

Evə çatdım.Masa arxasında söhbət edirdik. Təxminən səhər saat altı olardı.Küçə qapısı döyüldü.Onu da deyim ki,uşaqlardan başqa heç birimiz yatmamışdıq.Daha doğrusu gündüz yatdığımız üçün yuxumuz gəlmirdi.

Hamımız təlaşla bir-birimizin üzünə baxdıq.Özümü ələ alıb cəld həyətə düşüb qapını açdım.Qapıda bir taksi dayanmışdı.Sürücü əlindəki qutunu mənə uzatdı:

-Bunu sizə göndəriblər.

-Kim göndərib?

-Deyə bilmərəm.

-Necə yəni deyə bilmərəm?

-Bunu göndərən mənə and verib ki, demə.

Daha dayanmayıb sürüb getdi.

Əlimdə qutu içəri keçdim.Mənə heç imkan verməyib qutunu açdılar.Novruz payı gözləyirdik.Amma,nə olsa yaxşıdı-tuflilərim.Gözümüz yaşarana kimi güldük.

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma