Yaxşılıq

 

Asifin qulaqlarına şəlalə səsi, bülbüllərin cəh-cəhi,yarpaqların xışıltısı və bir də  bu səslərin ahənginə şirinlik gətirən incə qız səsi qarışırdı. Hərdən də bu səslərə xırıltılı, iniltili bir səs də qoşulurdu. Necə də gözəl yuxudu.Özünü cənnətdə hiss edirdi.O, bu yuxudan ayılmaq istəmirdi. Bu   yuxunun uzun çəkməsini arzulayırdı. Hiss etdi ki, gözünə günəş şüası düşür. Oyanmaqdan qorxdu. Cəld əliylə gözlərini tutdu. Elə bu an incə səs həyəcanla çağırırdı:

-Baba, baba, hardasan? Əsgər özünə gəlib Tez gəl.

Bu səsə  tez gözlərini açdı. Heç nə anlamadı. Diqqətlə ətrafı nəzərdən keçirdi.  Hər tərəf daş və qayalıq idi. Buranın mağara olduğunu anladı. Çox çəkmədiki, mağaraya saçları ağarmış, beli bükülmüş yaşlı kişi və onun əlindən tutmuş 13-14 yaşlı qız daxil oldu.

Yaşlı kişi əsgərə yaxınlaşdı. Əlini onun alnına qoydu. Yerindən qalxmaq istədi. Amma bacarmadı. Yaşlı kişi dilləndi:

-İndi qalxa bilmərsən. Əl-ayağın yadırğayıb. Tezliklə  sağalacaqsan.

Əsgər gündən günə yaxşılaşırdı. Baba ,nəvə və əsgər bir-birlərinə isinişmişdilər.

Havalar get-gedə soyuyurdu. Gecələr mağarada ocaq qalayırdılar. Xoşbəxtlikdən ocağın işığı kənardan görünmürdü. Ocaq başında idilər. Baba dilləndi:

-Oğul biz təxminən bir ildən yuxarıdır ki, bu mağaradayıq. Keçən qışı bir təhər keçirdik. Bu qış sərt olacaq. Burda qala bilmərik.Allaha şükür, daha yaxşısan. Getməliyik.

-Baba, nə dedin? Bir ildən yuxarıdır burdayıq? Heç nə başa düşmədim.

-Hə oğul elədir.Biz səni cığırda özündən getmiş halda tapıb bir təhər bu mağaraya gətirmişik. Yollar təhlükəli olduğu, həmdə maşallahlar olsun,  aparmağa gücümüz çatmadığı üçün hələlik burda qalmağı qərara aldıq. Səni  kimsəsiz qoyub gedə bilməzdik. Bu çığır çətin və təhlükəli olduğu üçün burdan ancaq bələd olanlar istifadə edir. Oğlum və gəlinim hərbi xidmətdədir.Oğlum zabit, gəlinim isə həkimdir. Kənddə bu nəvəmlə yaşayırdıq. Bir gecə  ermənilər qəflətən hücum edib kəndimizi darmadağın edərək yandırdılar. Biz də məcbur olub  kəndi tərk etməli olduq. Hə oğul, de görək sən kimsən? Bura necə olub çıxmısan?

-Baba,  hərbi xidmətimi başa vurub qurtarmışam. Hərbi hissəmiz dağların arasındadır. Evə tez çatmaq üçün kəsə yolla getməyi qərara aldım. Qəflətən zəlzələ qopdu. Dağın başından iri-iri daşlar tökülməyə başladı. Mən də qayaya sığınmışdım.Bu qaya mənə Təngəaltını xatırlatdı. Məndən azca aralı mina partladı.Sən demə daşlardan biri düz minanın üstünə düşüb. Məni də ölumdən qaya qurtarıb. Sonrasını xatırlamıram.

Ala toranlıqda üç nəfər qayaların arasıyla sakit-sakit irəliləyirdi. Heç biri dillənmirdi. Nəhayət, uzun,üzücü çığır qurtardı. Kənd  yoluna çıxmışdılar.Yaxınlaşan avtobusa əl edib saxlatdılar.  Bir neçə saatdan sonra Asif yaşadığı rayona çatdı. Sürüçüdən saxlamağı xahiş etdi. Baba və nəvə ilə sağollaşıb avtobusdan düşərək onların oturduqları yerə,pəncərənin qabağına gəlib onlara əl etdi. Bircə anda gördüyü onu sarsıtdı.Baba və nəvənin gözləri doluxsunmuşdu. Elə bil yuxuda idi. Birdən ayıldı.Öz-özünə:

-Mən nə edirəm. Axı onların gedəsi yeri yoxdu.

Qaçaraq tərpənməkdə olan avtobusun böyrünü əliylə möhkəm şappıldatıb ucadan qışqırırdı:

-Saxla, saxla!

Cəld avtobusa qalxıb, onların əlindən tutaraq avtobusdan düşürdü.

-Bizə gedirik. Bir yerdə yaşayacağıq.

Yoldan keçənlər baş-başa verib  bir-birlərini  qucaqlayaraq sakit-sakit ağlayan üç nəfərə təəcüblə baxırdı.

 

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma