Tülkü maskası

Yeni ilə bir neçə gün qalmışdı. Oğlum nəvələrimə bir neçə maska alıb gətirmişdi. Hərə bir maska alıb üzünə keçirdi. Bircə taxılmamış tülkü maskası qaldı. Nəvələrimdən birini çağırdım:

-Gültac, bura gəl, tülkü maskasını ver babaya.

O isə maskanı alıb  o biri otağa qaçdı və geri əliboş qayıtdı.

-Maskanı neylədin? Gətir ver.

-Gizlətdim.

-Niyə?

-İstəmirəm ki, tülkü olasan. Cizgi filmində, o, toyuqları torbaya salıb oğurlamışdı.

Nəvəmin bu cavabından sonra tülkü maskasını taxmaqdan vaz keçdim.

 

 

 

 

Bir şərh yazın