Əlim gəlmir.

Riyaziyyat dərsi idi. Müəllimə yazı lövhəsinə bir teorem yazıb sinfə müraciət etdi:

-Uşaqlar, kim gəlib bu teoremi isbat edə bilər?

Heç kimdən səs çıxmadı.Müəllimə üzünü Əhmədə tutub dedi:

-Əhməd, gəl lövhəyə .

Əhməd asta-asta yerindən qalxıb lövhəyə yaxınlaşdı. Təbaşiri alıb yazmağa başladı. Yazdıqca da izah edirdi. Nəhayət teoremin isbatı qurtardı. Lövhə demək olar ki,dolmuşdu.

– Qurtardım, deyərək Əhməd müəlliməyə tərəf çevrildi.

Müəllimə Əhmədin yazdıqlarını yoxlamağa başladı.

– Afərin, Əhməd. Hər şey yerli yerindədir. Teoremi düz isbat etmisən. Beş. Lövhəni də sil keç yerinə.child-at-math-blackboard

Əhməd dərindən nəfəs aldı. Dayanıb durmuşdu. Nə Lövhəni silirdi, nədə ki, keçib yerində otururdu. Müəllimə elə bildi ki, o, onun nə dediyini  başa düşməyib. Ona görə də təkrar etdi:

-Əhməd səninləyəm,lövhəni sil , keç yerındə otur.

Əhməd isə yenə də tərpənmədi.

-Ay bala nə oldu sənə, lövhəni niyə silmirsən?

-Müəllimə, əlim gəlmir.

-Niyə  əlin gəlmir?

-Həmişə yazanda səhvlər olurdu, indi isə bir səhvdə olsun yoxdur.

Müəllimə gülümsədi:

-Yaxşı,olsun, yazıları silmə, keç yerində otur.

Müəllimə digər şagirdi lövhəyə çağırdı.Şagird əlini silgiyə atdı ki, lövhəni silsin, müəllimə qoymadı:

-Silmə, qoy qalsın, o biri lövhədə yaz.

Sinifdəki uşaqların hamısını gülmək tutmuşdu. Bu “əlim gəlmir”söhbəti tez bir vaxtda bütün məktəbə yayıldı. Günlər keçirdi. Əhmədin teorem isbatı hələ də lövhədə dururdu.  Silməyə heç kimin əli gəlmirdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma