Qaranquşun Payı

Kənddəki evimin eyvanında qaranquşlar yuva qurmuşdu.Ana qaranquş yenicə yumurtadan çıxmış balaları üçün tez-tez yem gətirirdi.Ağzını geniş açmış balalar yemi bircə anda udub yenidən civildəşirdilər.Gültac və Xədicə sakit dayanıb bu mənzərəni seyr edirdilər.Gültac atasından sotuşdu:
 – Ata,qaranquş nəyə görə tez-tez uçub gedir,sonra uçub gəlir?48033553.bs.2.2105
 – Balalarına yem gətirir.
 – Ata,mən qaranquşa desəm ki,bizə də saçaqlı konfet gətirsin,gətirər?
 – Əlbəttə,qızım,gətirər,- deyərək ata gülümsədi.
     Gültac yuvaya yaxınlaşıb üzünü ana qaranquşa tutub ucadan dedi:
 – Qaranquş,ay qaranquş,bizim üçün saçaqlı konfet gətir!
     Kamran işə getdi.Axşam evə qayıdanda mağazaya keçib iki ədəd saçaqlı konfet aldı.Küçə qapısından içəri keçib,ayaqqabılarını çıxarıb evə girmək istəyirdi ki,qapı döyüldü.Əlindəki saçaqlı konfetləri sürahının üstünə qoyub qapıya tərəf getdi.
     Qapının döyülməsini eşidən Gültac və Xədicə pilləkənlərlə düşürdülər.Onların gözü saçaqlı konfetləri dimdikləyən qaranquşa sataşdı.Gültac əlini uzadaraq konfetləri götürdü,birini Xədicəyə verdi, birini də özünə saxladı.
     Geri dönən Kamran gördü ki,uşaqların hərəsinin əlində bir saçaqlı konfet sevinclə atılıb – düşürlər.
 – Ata,ay ata,qaranquş bizə saçaqlı konfet gətirdi.
     Sonra Gültac Kamran və Xədicənin  əlindən tutub dalınca aparırdı.Kamran soruşdu:
 – Qızım,biz hara gedirik?
 – Qaranquşa “sağ ol” deməyə.

Bir şərh

  1. Müəllif ilə səmimi sohbetlerimizden birinde ilk olaraq bu hekayəni oxudum və bir anlıq susdum.Hekayədə 2 azyaşlı uşağın həqiqi və sirli görünən lakın reallığa çevrilə bilən kiçik bir arzudan bəhs edilirdi.Məni susduran hekayədəki bu şıltaq arzunun reallığa çevrilməsi deyildi.Məni bir anlıq susmağa vadar edən bu hadisənin diqqətlə izlənib və cümlələrdəki şirinliyin heç bir təsir və mənasını itirmədən olduğu kimi hekayəyə çevrilməsi idi….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma