Həqiqət,Yoxsa,Zarafat

Bazar günü idi.Gecə saat 12 – ni keçsə də yuxum qaçmışdı.Mobil telefonuma  zəng gəldi.Diksindim.Zəng edən məzuniyyətdə olan iş yoldaşım Hümmət idi.Ürəyim düşdü. Öz – özümə dedim :”-Allah xeyir eləsin.Gecənin bu vaxtı edilən zəng xeyirliyə olmaz.” Həyəcandan ürəyim sürətlə döyünməyə başladı. Özümdə birtəhər təpər tapıb cavab düyməsini basdım.Hıqqana-hıqqana  cavab verdim.Öz səsimdən özüm qorxdum.Elə bil bu səs mənim deyildi:
    – Hə,qardaş,eşidirəm.
     Cavab gur səslə gəldi:
     – Axşamın xeyir! Səndən bir söz soruşum. Adıgözəlov Azəri tanıyırsan?
     Hümmətin bu sualından sonra yavaş-yavaş özümə gəldim.Fikirləşmək iqtidarında deyildim. Çaşıb qaldım. Bilmədim “yox,tanımıram” sözü ağzımdan necə çıxdı.
    – Qardaş, onda sən belə elə.O adamı tapıb mənə xəbər et.
    – Baş üstə,taparam,- deməkdən başqa çarəm qalmadı.
    – Artıq üçüncü gün idi ki,Hümmətin dediyi adamı axtarırdım.Aidiyyati olan adamlardan soruşsam da tanıyan olmadı.Nahar fasiləsi idi. İş vaxtının başlanmasına hələ qalmışdı.Fontanlar bağında sakit bir yer tapıb skamyada oturmuşdum.Gördüm ki,Hümmətin oğlu mənə tərəf gəlir.Yaxınlaşıb,salam verib hal-əhval tutdu:
    – Əmi,necəsən?
    – Əmi,necə olacaq?Dədən mənə elə tapşırıq verib ki,üçüncü gündür yerinə yetirə bilmirəm.
    – Nə tapşırıq?
    – Məndən xahiş edib ki,Adıgözəlov Azərin kim olduğunu öyrənim.
    – Bu adam elə bizim qonşudurki.Evimizdən iki ev aralı yaşayır.Bizi Xaçmaza Şadlıq Sarayına toya dəvət edib.Dəvətnamə də evdədir.
    – Necə yəni sizin qonşunuzdur?
    – Lap yaxşı. Xaçmazın Yeni Həyat kəndində qonşumuz.
       Bu cavabdan sonra “işə gecikərəm,sağ ol”, – deyib uzaqlaşdı.Çaşıb qalmışdım.Bilmədim ata düz deyir,yoxsa oğul.Gəlib iş yerində bu əhvalatı danışdım.Təbii ki,heç kim mənə inanmadı. 5 – 6 gün keçdi.İş yoldaşlarımla birlikdə toya gedirdik. Mobil telefonum zəng çaldı.Hümmət idi:-“Toyda yanınızda mənim üçün də yer saxlayın,bir az gec gələcəyəm”.Təxminən bir saat keçmişdi ki, gəlib çıxdı.”-Toydan gəlirəm”, deyib onun üçün saxladığımız yerdə əyləşdi.İş yoldaşlarımdan biri soruşdu:
    – Hansı toydan?
    – Azərin toyundan.
    – Hansı Azərin?
    – Adıgözəlov Azərin.
    – Adıgözəlov Azər kimdir?
    – Qonşumuz.
        Hümmətin bu cavabından sonra iş yoldaşlarımın nəzəri mənə dikildi.
   Zülfüqar soruşdu:
-Ay Hümmət,  qonşunuzdursa bəs niyə Məhərrəmə o adamı üç gün axtartmısan?
    – Bilməmişəm.Sən demə bu adam elə bizim qonşu imiş.
       Mən isə bir suala cavab axtarırdım. Hümmət mənimlə zarafat edib,yoxsa həqiqətən qapı qonşusunu  tanımıyıb?  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma