Ana, biz böyümüşük

Günorta  vaxtı idi. Qızmar günəş elə bil hər yeri istidən bişirəcəkdi. Nəfəs almaq belə çətinləşmişdi. Evdən həyətə çıxan Atilla və Atilayın anası gördü ki,  onlar həyətin gün düşən hissəsində yan-yana dayanıb mübahisə edirlər.

-Ay bala, bu istidə günün altında niyə dayanmısınız? Gəlin ağacın altında,  sərin yerdə oturun.

Atilla dilləndi:

-Ana, gəl sən də yanımızda dayan.img043_th

Anaları etiraz etmədi. Keçib uşaqlarla bir cərgədə dayandı.Atilla soruşdu:

-Ana, niyə sənin kölgən böyükdür, bizim isə balaca?

-Siz də böyüyərsiniz, onda kölgəniz də böyüyəcək,-deyə anası cavab verdi.

Günəş batmaq üzrə idi. Yenə də həyətdə olan Atilla və Atilay hay-küylə analarını çağırdılar:

– Ana, ana, ay ana, tez bura gəl. Tez!

Həyəcanlanmış ana özünü yetirdi. Atilla və Atilay yan-yana durub barmaqla kölgələrini göstərirdilər:

-Ana, bax kölgəmiz nə boydadır. Biz böyümüşük, ana, biz böyümüşük,- deyə-deyə hər ikisi sevinclə atılıb-düşməyə başladı.

Anaları isə kənarda dayanıb  məhəbbət dolu baxışlarıyla “böyümüş”  övladlarına baxıb sevinirdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma