Ay çimsin

Yay fəsli idi. Bakıda havalar isti keçdiyindən oğlum ailəliklə Xaçmaza gəlmişdi. Geniş həyət-baca və bağ-bağatda nəvələrim əl-qol açmışdı. Səbəbsiz olaraq  ora-bura qaçır, yelləncəkdə yellənir, ağaclara dırmaşırdılar. Daha doğrusu bilmirdilər ki, necə dəcəllik etsinlər.

Günortadan keçmişdi. Gəlin əlindəki ləyəni həyətin gün düşən hissəsinə qoyub  içərisinə 5-6 vedrə su da tökdü ki,günəş şüası ilə qızan su xeyirli olduğu üçün uşaqları  çimdirsin. Artıq gün batmış, uşaqların yatan vaxtı idi. Anası əvvəl Atillanı çağırdı:

-Atilla, gəl birinci sən çim, sonra Atilay çimər.

O, ləyənə yaxınlaşdı və sevinclə atılıb-düşməyə başladı, anasını uca səslə  çağırdı:

– Ana, tez gəl !

Anası uzaqdan cavab verdi:

– İndi gəlirəm. Nə olub?

“Ana, bax ay çimir” deyərək ləyəni göstərdi.

Anası yaxınlaşaraq ləyənə baxdı. Suya Ayın əksi düşmüşdü. Gülümsədi.

-Gözləyək, Ay çimib qurtarsın, sonra siz çimərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma