BANKDA VİTAMİN REKLAMI

Banka iki nəfər əyninə ağ xalat geymiş cavan qız daxil oldu. Onlar vitamin istehsal edən firmadan gəldiklərini və öz məhsullarını reklam etmək istədiklərini bildirib,  bir-bir otaqlara keçərək hər bir işçiyə vitamin təqdim etdilər. Növbə kredit şöbəsinə də çatdı. Reklam  edənlər işlərini qurtarıb təbəssümlə təşəkkür edib getdilər. downloadOtaqda tam sakitlik yaranmışdı. Elə bil bütün şöbə onların getməyini gözləyirmiş.Nə printerlərin  cırıltısı, nə də kompyüter və kalkulyatorların düymələrinin taqqılısı eşidilirdi. Hamı qutunun içərisindəki vitamindən istifadə haqqında olan təlimatı çıxarıb oxumaqla məşğul idi. Bu sakitliyi kiminsə bir neçə dəqiqədənbir gələn hıçqırtı səsi pozurdu: hıq,hıq… Otaqdakıların diqqəti səs gələn tərəfəyönəlmişdi. İşçilərdən biri dilləndi:

-Natiq sənə nə olub?

-Mənə heçnə olmayıb. Vitamin atdıqdan sonra belə oldu.

-Nə vaxt atdın?

-Elə indi.

-Biz ki, hələ təlimatı oxuyub qurtarmamışıq. Nə tez? Necə atdın?

-Kefsize sizdə. Necə yəni necə atdım? Əməlli başlı. Bunun da necəsi var? Atdım, üstündən də ki, bir stəkan su. Vəssalam.

Nəhayət, işçilər təlimatı oxuyub qurtardılar. İndi də  şöbəni vıjıltı səsi bürümüşdü. Natiq hıqqana-hıqqana hamına bir-bir fikir verməyə başladı. Gördü ki, hərənin qabağında bir stəkan su var, suda köpüklənib “qaynayır”. İndi başa düşdü ki, sən demə bir tablet vitamini bir stəkan suya atıb, köpüklənmə qurtarıb tablet suda həll olandan sonra içmək lazım imiş.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma