Kaş sevgilim sən olaydın…

Gözlərinə mən baxaydım,
Əllərini mən tutaydım.
Dərd – qəmini mən duyaydım,
Kaş sevgilim sən olaydın.

Ürəyində xal olaydım,
Süfrəndə də bal olaydım.
Danışmayıb lal olaydım,
Kaş sevgilim sən olaydın.

Bağıma şəbnəm olaydın,
Yarama məlhəm olaydın,
Ömrümə həmdəm olaydın,
Kaş sevgilim sən olaydın.

Ruhuma Sina olaydın,
Komama sona olaydın,
Balama ana olaydın,
Kaş sevgilim sən olaydın.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma