Meşəbiyinin islahatları

        İçərişəhərdə məşhur olan Sabir ali təhsilini başa vurdu.  Nə  qədər axtardısa ixtisası üzrə iş tapa bilmədi.Məcbur oldu ki, rayona gedib orda iş tapsın. Tapdı. Meşəbəyi. Bu ad onun çox xoşuna gəlirdi. Bu sahə haqqında təsəvvürü belə olmasa da işə ürəklə girişdi. Qərara gəldi ki,meşədə yeniliklər etsin.Beləliklə,iclas çağıraraq bildirdi ki,bunun üçün islahahatlar aparmaq lazımdır:amazon
     – Mən bütün meşəni gəzdim.Hər yanda qarışıqlıq,səliqəsizlik hökm sürür.Heç bir nizam-intizam yoxdur.Ağaclar və kollar hərə öz istədiyi yerdə bitib.Meşə heyvanları lap özbaşnalıq edirlər.Meşədə mütləq nizam-intizam yaratmaq lazımdır. Bunun üçün birinci növbədə eksperiment aparmaq vacibdir. Meşənin bir hissəsində palıd,qovaq,vələs və sair ağaclar üçün ayrıca yer ayırmaq lazımdır ki,hər ağac özünə aid olan ərazidə bitsin.Məsələn,palıd palıdlıqda,qovaq qovaqlıqda,vələs vələslikdə olsun,bir-birinin yerində bitib maneçilik törətməsinlər.Öz yerində deyil,digər ərazidə bitən ağac rılaraq kəsilməlidir.Bu meşədə əl-ayağa dolaşan kol-kosa ehtiyac yoxdur.Hamısını ləğv etmək  lazımdır. Heyvanlara  gəldikdə isə, nəzarəti gücləndirmək lazımdır.Onların yaşaması üçün də həmcinslərinə uyğun yer ayrılmalıdır. Canavar canavarlarla,tülkü tülkülərlə,dovşan dovşanlarla yaşamalıdır. Heç bir heyvan heç bir heyvanın haqqını pozmamalıdır.Canavarın nə haqqı var ki,dovşanlara aid olan əraziyə keçıb dovşanları yesin.
       İclasda oturanlar da meşəbəyinin dediklərinə diqqətlə qulaq asırdılar.Sözü qurtaran meşəbəyi:
      – Kimin sualı var? – deyə müraciət etdi.
       Ağsaqqallardan biri dilləndi:
       – Bəs quşların məsələsi necə olacaq?
       Meşəbəyi bir qədər fikirləşəndən sonra cavab verdi:
       – Hər bir növ quş üçün də ayrıca yer hazırlanmalıdır.Onlar da istədikləri yerə qona və istədikləri yerə də uça bilməzlər.Hər növ quşlar üçün  uçuş və enmə zolaqları ayırmalıyıq.Qısa zamanda bu islahatları yerinə yetirməlidir, – deyərək meşəbəyi çıxışını qurtardı.
      Bu  qərardan günlər,aylar keçsə də hamı islahatların necə icra edəcəkləri i barədə hələ də baş sındırırlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma