ŞILTAQ ŞAGİRD

Dərsin başlanmasını bildirən zəngin vurulmasına baxmayaraq müəllim hansı səbəbdənsə geçikirdi.  Şagirdlər yuxarı sinif  şagirdləri olsa da  onların vızıltısı məktəbi başına götürmüşdü. Dərs hissə müdiri müəllim gələnə kimi  dərsə başlamağı  qərara aldı. Müəllim gəlib çıxdı və  üzr istəyərək dərsi davam etdirməyə başladı:

– Bütün güllər və çiçəklər gözəldir. Nə qədər gözəl olsalar da  onların hamısından şirə çəkə bilməzsiniz. Onların gözəlliyinə aldanmamalısınız.  Həmin güllərə qonmaqla həyatınızı itirə də bilərsiniz. Bax bunlara diqqət yetirin deyərək divardan asılan gül şəkilləri olan tablonu göstərdi.Bax bu küpəotudur, bu qovuqotudur, bu nilufərdir. Bunların  ən təhlükəlisi elə  nilufərdir. Bu güllərə oturan kimi ayaqlarınız yapışacaq, çiçək də bükülərək sizi məhv edəcəkdir.

Müəllim mühazirəyə ara verdi. Arxada oturmuş, bir-biriylə söhbət edən dərsə qulaq asmayan iki arını yazı lövhəsinə çıxardı. Təcrübəsindən bilirdi ki, bu iki qızın dərs oxumağa həvəsi yoxdur. Üzünü sinfə tutaraq  dilləndi:

– İndi siz valideynlərinizin himayəsində yaşayırsınız. Tezliklə orta məktəbi qurtarıb müstəqil həyata qədəm qoyacaqsınız. Lakin sərbəst yaşamaq çox çətindir. Elə bilməyin ki, evdə oturacaqsınız, qazanıb gətirəcəklər sizdə yeyəcəksiniz. Yanılırsınız. Bu ancaq nağıllarda olur. Həyat isə nə qədər şirin olsa da bir o qədər də çətinliklərlə doludur.  İndiki kimi də yadımdadır. keçən il elə bu dərsi keçəndə arxada oturmuş bir neçə şagird dərsə fikir vermirdi. Təəsüf edirəm ki, onlar bu gün həyatda yoxdurlar. Səbəb isə məncə hamınıza aydındır.

Elə bu vaxt zəng vuruldu. Müəllim hər iki arıya dedi:

-Getməyin. Mən müəlliməm, heç vaxt razı ola bilmərəmki, sizin də aqibətiniz  onlarınkı kimi olsun.Valideynləriniz də biz müəllimləri qınasın. Sonra onları qabaq çərgədə partada əyləşdirərək  bu günkü dərsi yenidən izah etməyə başladı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma