OĞULUN QADAĞASI

Ata oğlunu əzizləyə-əzizləyə böyüdürdü. Oğul böyüdükcə atanın   ona qadağaları da artırdı. Onu etmə, bunu etmə, ora getmə, bura getmə…  Bu qadağalar çoxalırdı ki, azalmırdı.İllər keçirdi. Ata qocalırdı.  Qocaldıqca  qadağaları da yavaş -yavaş azalırdı. Ata daha  oğluna qadağa etmirdi. Bu qadağaları sanki atanın dinməz gözləri  əvəz etmişdi. Bu gözlər qapının səsi gələn kimi ora zillənirdi. Bu gözlər oğlunu gözləyirdi. Bu gözlər ancaq oğlunu axtarırdı.  Elə bil ki, atanın oğlundan başqa bu dünyada baxmalı olduğu heç bir şey yox idi. Günlərsə öz axarınca keçirdi. Bu gün isə atanın əlləri oğlunun ovcunda idi. Atanın gözləri  yenə də oğluna zillənmişdi. Oğulun isə həyacanı get-gedə artırdı. Nəhayət özündə cürət taparaq titrək səslə dilləndi:

-Ata, qurbanın olum, ölmə.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma