ÇƏK QƏMİŞİNİ

Görəsən, “çək qəmişini” sözünün mənası nə deməkdir?  Bu söz məni həmişə düşündürürdü. Bu gün təsadüfən  cavab tapıldı . Mən də  mənasını Sizlərə  çatdırmağı özümə borc bildim.  Tut yetişən vaxtı nənələrimiz doşab bişirərdilər. Tutu sıxıb  şirəsini  iri tiyanlara töküb, altını da odunla qalayardılar. Tiyanlara yaxınlaşmaq təhlükəli idi. Qaynar şirə sıçrayıb üz-gözü yandırır,  istidən də tiyanlara yaxınlaşmaq çox çətin olurdu.  Tiyanı xüsüsi olaraq hazırlanmış bir metrdən də uzun ağac qaşıqla qarışdırırdılar. Dəcəl uşaqlarsa tiyanın yan-yörəsindən əl çəkmirdilər.  Uzun bir qamış kəsib, tiyana yaxınlaşıb qamışı hələ də hazır olmayan doşaba batırıb, sorardılar. Doşab da  bişirilərkən tez-tez qarışdırılır. Ona görə də hər dəfə qarışdırmazdan əvvəl nənələrimiz belə deyirlərmiş:

– A bala, çək qəmişini, doşabı qarışdırım.

Düzdür, indi də doşab bişirilir. Amma nədənsə  indiki uşaqların yadından qamış çoxdan çıxıb.

P.S. Bizim yerli ləhcədə qamışa qəmiş deyilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma