Ana və bala qurbağa

Ana və bala qurbağa çayın sakit axan yerin sahil hissəsində özlərinə yer etmişdilər.Yem sarıdan heç bir çətinlikləri yox idi.Çayın gətirdiyi xırda balıq və böcəklərlə qidalanırdılar. Çayın suyu şəffaf olduğu üçün elə yuvalrından çaya baxaraq gələn ruzini çox asanlıqla görür və tuta bilirdilər. Ana və bala beləcə şad və xürrəm yaşayırdılar. Bir gün birdən bala qurbağa düz qənşərində iri və kök soxulcan gördü. Suyun axmasına baxmayaraq elə bir yerdə sallanaraq heç bir hərəkət etmirdi. Bala qurbağa tez ağzını açıb sıçramaq istərkən ana qurbağa cəld balasının qabağını kəsib dedi:

-Bala, dayan, əl saxla. Udmaq istədiyin nədirsə, mən bunu birinci dəfədir ki, görürəm.Gəl sən bizə aid olmayan, tanımadığımız, bilmədiyimiz yemi udma.Həmişə yediyimiz ruzi ilə kifayətlənək. Biz ruzi dalınca qaçmırıq. Ruzini bizə çay özü gətirir.

Lakin bala qurbağa iri,yağlı və kök soxulcandan heç cürə vaz keçmək istəmirdi. Anasının sözü ona kar etmədi. O, birdən qəflətən  anasını sinəsindən itəliyərək ağzın açıb var gücüylə tullanıb soxulcanı tutdu, nə qədər udqunsa da onu uda bilmirdi. Elə bu anda bala qurbağanı nə isə cəld yuxarı dartdı. Ana qurbağa da onun dalınca cəld suyun üstünə sıçradı.                                                                                                                                                     Balıqçı da, ana qurbağa da hər ikisi məyus olmuşdu. Biri tilovuna lazımsız ov düşdüyünə görə, o biri isə balasını itirdiyinə görə.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma