GAVALI AĞACININ İNTİHARI

Mart ayının əvvəli idi. Ağacları budamaq üçün balta və mişarı alıb bağa keçdim. Bir qədər işlədikdən sonra on ildən yuxarı əkdiyim, lakin bircə dəfə də olsa bir ədəd də  mevə gətirməyən ən çox xoşladığım növdən olan sarı gavalı ağacının yanında dayandım. Balta əlimdə fikirləşə qalmışdım. Bilmirdim ki,  meyvə gətirməyən bu ağacı kəsim ya kəsməyim. Kəsməyi qərara aldım. Baltanı yuxarı qaldırıb endirmək istəyirdim ki,  göydə qaldı. Endirə bilmədim. Baltanı sapından kimsə tutub saxlamışdı. Çevrilib baxdım. Bu mənim həyat yoldaşım idi.

-Nə edirsən, ağacı niyə kəsirsən? Kəsəcəkdinsə onda niyə əkmisən?

-Meyvə gətirmir, ona görə kəsirəm.

-Nə olsun gətirmir. Gətirməyib gətirəcək.Buna görə ağacı kəsməzlər. Günahdır.  Kəsmə, qoy qalsın.

Daha bir söz deməyib ağacı kəsmədim.

Yaz gəlmişdi. Aağaclar çiçək açırdı. Gavalı ağacı da çiçək açmışdı. Özüdə o qədər açmşdı ki, budaqlar belə görsənmirdi. Günlər keçdikcə çiçəklər solaraq tökülür,meyvələri  get-gedə böyüyürdü. Böyüdükcə  ağırlıqdan sallanan budaqların altına sınmamaq üçün dəstək qoyurduq.  Gavalı yetişmişdi. Bolluca yedik, bişirdik, qonşulara da payladıq.

Sakit günlərdən biri idi. Həyətdə  samovar qaynatmaqla məşğul idim. Qəfil səsdən diksindim. Səs gələn tərəfə çevrilib baxdıb. Çaşıb qaldım. Gavalı  ağacı dibindən qopub yerə sərilmişdi. Hündürlüyü 5-6 metr olardı. Ağacın sınması möcüzə idi.Külək də əsmirdi. Səsə qonşu da gəlib çıxdı. Elə soruşurdu ki,  bu ağac necə oldu yıxıldı?  O, üzümə baxa-baxa məndən cavab gözləyirdi.Bilmirdim ki, nə cavab verim. Zorla özümü ələ alaraq ancaq bir kəlmə deyə bildim:

-Bilmirəm.

Bu cavabdan sonra  daxilimdən bir səs gəldi. Bu səs özümün  səsi idi:

-Bilirsən, lap yaxşı bilirsən.

Bu səsə bir səs də qoşuldu, elə bil gavalı  ağacından gəlirdi:

-Sən mənə inanmadın. Varlığımı  sübut etdim. İndi də intihar edirəm.

Ağacın sınmağı mənə pis təsir etmişdi.

….Novruz qabağı həyət-bacada səliqə-səhman işləri görülürdü. Birdən bağdan həyat yoldaşımın səsi gəldi:

-Bağa gəl, sənə xoş xəbərim var.

Sevinclə mənə barmağı ilə yıxılmış gavalı ağacının yerini göstərdi:

-Bura bax.

Həmin yerə diqqətlə baxdım. Bir qarış hündürlüyündə zoğ qalxmışdı. İndi həmin zoğ böyük bir ağac olub. Hər ildə meyvə gətirir. Özümdən asılı olmayaraq o ağacdan həmişə gavalı dərəndə utana- utana dərirəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma