KÜT BIÇAQ

İstirahət günü  İş yoldaşlarımla birlikdə nahar edirdim. Süfrədə bolluq idi. Yetərincə hamımız yeyib,doyub  əlimizi çəkmişdik. Çayın gəlməyini gözləyirdik. Masanın üstündəki böyük bir qabda cürbəcür meyvələr qoyulmuşdu. Hümmət əlini uzadıb iri bir armud götürüb bıçaqla soymağa başladı. Hamımızın diqqəti onun armud soymağında idi. Armud isə çox çətinliklə soyulurdu. Hümmətin  barmaqlarının arasından armudun şirəsi damcıladıqca ağzımız da sulanırdı. Hərəmiz də bir armudsöz deyirdik:

– Daş armududu,nar armududu,bu armudun hələ yeyilən vaxtı deyil,saxlayıb qışda yemək lazımdır.
Elə bu vaxt ofisiant içəri girdi.Hümmət dilləndi:

-Bu bıçaq kütdür.İti bıçaq gətir.

Ofisiant bıçaq gətirməyə getdi.Hümmətlə yanaşı oturmuş Altay bıçağa diqqətlə baxıb qulağına pıçıldadı:

-Bıçağı düz tutmamısan,dalı ilə soyursan.
Altay bu sözləri pıçıltı ilə desə də hamımız eşitdik.
Hümmət:–“Doğrudan da”- deyərək bıçağı çevirib armudu çox asanlıqla soydu.Sonra  dilim-dilim doğrayıb  hamımıza təklif etdi.Heç birimiz etiraz etmədik.
Armud çox ləzzətli idi.

Bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma