Şirin nəvəm

Şirin nəvəmin bir kuklası var,

Yatanda ona deyir laylalar.

Səhərlər onu oyadır özü,

Birinci də ki, bu olur sözü:

Yatma oyan sən,tənbəllik etmə,

Gözlərini aç,məndən çəkinmə.

Əl-üzünü yu,saçını dara,

Yanımda otur,qaçma kənara.

Ağzını aç sən,yedirim səni,

İştah ilə ye,sevindir məni.

Sonra bir yerdə gedək bağçaya,

Bağça gözəldir,bənzər saraya.

Uşaqlarla biz nəğmə oxuyaq,

Deyib – gülərək top-top oynayaq.

Onlar dünyanın yazı,baharı,

Əziz Allahım,qoru onları.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma