TOYDAKI BOŞ QALMIŞ STULLAR

Bu gün sinif yoldaşım Ramiz kiçik oğluna toy edirdi. Mən özümdən asılı olmayan səbəbdən bir az gecikmişdim. Şadlıq sarayına daxil oldum. Sinif yoldaşlarım bir masa arxasında oturmuşdular. Məni görüb çox sevindilər. Hətta ikisi ayağa durub öz aralarındakı boş qalmış stulu çəkdilər ki, elə onların yanında oturum. Əyləşdim. Ac olduğumuza baxmayaraq səssiz-səmirsiz bir-birimizin üzünə baxırdıq. Heç kim nə dillənirdi, nə də ki, əlini süfrəyə uzadırdı. Elə bil toyda deyildik.ki.Hamı sükut istəyirdi,hamı ürəyində öz-özü ilə danışırdı. Masamızda boş qalmış stullar nəzərimi cəlb etdi. İndi başa düşdüm ki, sinif yoldaşlarım məni görərkən niyə çox sevindi. O stullarda oturmalı olanlar gəlməmişdilər və heç vaxt da gəlməyəcəkdilər. Nə indi, nə də ki, sonra…

Vaxt var idi ki, toylarda iki-üç masanı birləşdirib hamımız bir yerdə oturardıq… İndi isə bir masanın arxasında oturmuşduq. Bununla belə masamızda yenə də boş qalmış stullar vardı.  Bu stulları görüb çox kədərləndim. Boş qalmış stulların sahiblərinin ruhunu yanımızda hiss edirdim. Həmişə məclisdə deyən-gülən, zarafat edən, atmaca atan olmağıma baxmayaraq bir kəlmə də olsa danışmırdım. Sağlığıma badə qaldırılanda belə, “sağ ol”u başımı yüngülcə tərpətməklə “dedim”. Nə qədər məni dilləndirsələr də, dinmirdim. Əvəzimə gözlərim danışırdı.Elə bil səsimi çöldə qoyub içəri gəlmişdim. Səbəbini isə deməyə dilim gəlmirdi. Axı bu həqiqət idi, nağıl deyildi. Necə deyəydim ki, aramızda biri vardı, biri yox.

Bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma