Çiçəkdir Ayla

Əziz dostum İqrarın nəvəsi Aylaya həsr edirəm.

Gəlib dünyaya şirin nəvəmiz,

Uşaqlar qədər sevinirik biz.

Adı Ayladır,sanki mələkdir,

Gözəldir,gözəl – güldür,çiçəkdir.

Babası ona alıb oyuncaq,

Bibisi ona toxuyub papaq.

Atası ona alıbdır kukla,

Kukladan gözəl Ayladır,Ayla.

Nənəsi ona alıbdır beşik,

Hamımız ona çəkirik keşik.

Anası ona laylalar deyir,

Layla deyəndə Ayla sevinir.

Dayısı ona alıbdır maşın,

İnşallah,gələr sürər qardaşın.

Ayla güləndə dünyamız gülür,

O ağlayanda hamı üzülür.

Canımız bizim,sevimli Ayla,

Sən bu aləmə sevinc,nur payla.

Nurlu üzündə olmasın kədər,

Allah saxlasın,dəyməsin nəzər.

P.S: Mənim əziz dostum İqrar mənə ərklə dedi ki, nəvəm Ayla üçün şer yaz. Dedm ki, qardaşım, mən hekayə yazıram. Mənə cavab verdi ki, ” Yox mən istəyirəm şer yazasan”. Çiçəkdir Ayla şeri belə yazıldı.Bu mənim ilk şerimdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma