ATS HARADADIR

İdarədə sakitlik idi. Bir mən idim, birdə ki müdir. Qapı döyüldü. Açdım.Müdüri görmək istədiyini bildirdi. Bu adamı üzdən tanıyırdım. Adını isə bilmirdim. Bir neçə dəqiqədən sonra həmin adam müdirin otağından çıxıb mənə yaxınlaşıb soruşdu:

–  ATS haradadır?

Təəccüblə onun üzünə baxırdım. Çaş-baş qalmışdım. Bilmirdim ki, nə cavab verim. Məni vəziyyətdən elə özü qurtardı:

– İlhamın telefon nömrəsi lazımdır. Müdir dedi ki, get ATS-dən xəbər al.

İlham mənim həm dostum, həm də iş yoldşımdır. Onun mobil telefonunun nömrəsini bir kiçik kağıza yazıb verərək dedim:

– Buyur, bu da İlhamın telefon nömrəsi.

O,  bir əlindəki kağıza baxdı, bir də  mənə.Təkrar soruşdu:

– Bəs bilmirsən ATS haradadır?

-Yox qardaş,  bilmirəm ATS haradadır.

Bu sözdən sonra  çıxıb getdi. Daha sonrasını bilmədim İlhama zəng etdi, yoxsa ki,yenə ATS-i axtarır.

İş yoldaşlarım gəlib çıxdılar. ATS  məsələsini onlara danışdım. Məndən başqa hamı ürəkdən gülürdü. Belə gülməklərindən şübhələndim.

Sən demə dostların, tanışların, bizimlə əlaqəli olan adamların əksəriyyətinin telefon nömrəsi məndə olduğu üçün öz aralarında mənə “ATS” deyirlərmiş.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma