Bağbanın sevgisi (Şah və bağban)

Şah bir gün vəzir və vəkillərini yanına çağıraraq dedi:

-Əyaləti gəzəcəyik. Əyniminizi dəyişək, elə edək ki, bizim kim olduğumuzu bilməsinlər.

Atlanıb qaladan çıxdılar, xeyli yol getmişdilər.Vəzir dilləndi:

-Artıq bu kənddən o yana bizim torpağımız deyil.

Şah buyurdu:

-Onda bu kəndi də gəzək sonra geri qayıdarıq.

Yaxınlaşdılar. Kənd daşlı, qumlu ərazidə idi. Heç bir həyətdə ağac deyilən şey görsənmirdi. Bu kənd çox can sıxıcı idi. Bir saat da olsa qalmaq istəmədilər. Çıxmağı qərara aldılar.Kəndin digər yolundan çıxarkən gözlərinə inanmadılar. Qarşılarında başdan-başa yaşıllığa qərq olmuş bir bağ görsənirdi. Çaş-baş qalmışdılar. Şah dedi:

-Bu bağ  kimindirsə, bir bəhanə ilə içəri keçib öyrənək.

Vəzir özünü qabağa verdi. Atdan düşüb qapını döydü. Qapını  yaşlı  bir kişi açdı və onların nə deyəcəklərini belə gözləməyib,  içəri dəvət etdi. Heç kim dillənmirdi. Qonaqların gözü bağ-bağatda qalmışdı. Bu bağ deyildi, sanki  yerə enmış  cənnətin bir guşəsi idi. Süfrəyə çay gəldi. Çox dayanmaq istəmədilər, çaylarını içib ayağa durub sağollaşıb getdilər. Ev sahibi qonaqların kim olduğunu bilmədi. Onlar gedəndən sonra yoldaşı ondan soruşdu:

-Ay kişi, qonaqlar kim idi?

-Allah qonağı.

Yoldaşı onun xasiyyətini bildiyi üçün daha heç nə soruşmadı. Bir neçə gün keçdi. Bağbanın qapısı döyüldü. Qapını açıb gördü ki, bir nəfər atlı dayanıb. Onu içəri dəvət etdi.  O, içəri girmək istəməyib,əgəlişinin səbəbini bildirdi:

-Məni şah sənin dalınca göndərib. Hazırlaş, gözləyirəm, bir yerdə gedəcəyik.

Bağban çox təəcübləndi:

-Qardaş,  sən səhv gəlmisən. Mən hara, şah hara.

-Səhv-zad gəlməmişəm. Şahın bağbanı olacaqsan.

-Mən yaşlı adamam, ancaq öz kiçik bağıma baxa bilirəm. Onun bağına baxmağa  gücüm çatmaz. Məndən də cavan, yaxşı bağbanlar var. Bu yaşımda  elimdən-obamdan ayrıla bilmərəm.

Atlı daha bir söz deməyib geri qayıtdı. Bu söhbətdən bir neçə gün keçdi. Bağbanın qapısı yenidən döyüldü. Qapını yenə də bağban açdı. Qapının ağzında bir fayton və bir neçə nəfər də  əsgər dayanmışdı. Atlılardan biri dilləndi:

-Bizi şah sənin dalınca göndərmişdir.

-Mən ki cavabımı demişəm. Məndən şaha bağban olmaz.

Bu cavabı eşidən əgərlərdən ikisi atdan düşüb, bağbanı zorla faytona mindirdi. Ailəsi ilə sağollaşmağa belə imkan vermədilər.

Bağbana bir neçə nəfər köməkçi də ayırmışdılar. Günlər, aylar keçirdi. Bağda heç bir irəliləyiş yox idi. Şah vəziri yanına çağırıb dedi:

-Öyrən görüm bağ niyə əmələ gəlmir?

Bir qədərdən sonra vəzir qayıdıb gəldi:

-Mən bağbanın özündən yox, köməkçilərinin birindən soruşdum. Bildirdi ki, bağa çox yaxşı qulluq olunur. Amma nəyə görə əmələ gəlməməsinin səbəbi bilinmir.

Şah bağbanı yanına çağırtdırdı:

-Sən bir şeyi mənə izah et görüm yaşadığın kənddə , o qumsal, daşlı yerdə bağ əmələ gəlir, amma mənim münbit qara torpağımda i niyə əmələ gəlmir?

-Şahım,  dediyiniz qumsal, daşlı torpaqda doğulub orda da boya-başa çatmışam. Okəndin qumunu da, daşını da, əkib quyu suyu ilə suvardığım hər ağacı da sevirəm. Sənin bağın qaratorpaq olsa da, çay suyu ilə suvarılsa da sevə bilmədim. Mən torpağa, bağa olan sevgimi zorla gətirdiyiniz kənddə qoyub gəlmişəm. Səbəbi budur, başqa səbəb yoxdur.

Bağbanın bu cavabına şah bir söz demədi. Etdiyi əməlinə görə xəcalət çəkdi. Ona hələ belər dərs olmamışdı. Necə olub ki, o, bu vaxta qədər sadə bir həqiqəti başa düşməyib. Hamı susmuşdu. Sükutu şah özü pozdu. Üzünü vəzirə tutaraq dedi:

-Vəzir, yaz ki, həmin kəndi bağbana bağışlayıram və bütün vergilərdən də azad edirəm. Bağbanı  layiqli  geyindirin, hədiyyələr qoşun  və mühafizə dəstəsi ilə müşayətedib evinə aparın.

Sonra  taxtdan qalxıb bağbana tərəf gəldi və qarşısında dayandı:

-Məni bağışla.

Bağbanın qapısı döyüldü. Qapını bağbanın yoldaşı və uşaqları açdı. Səs-küyə demək olar ki, bütün kənd toplaşmışdı. Hamı iki ildən yuxarı qəflətən yoxa çıxmış yoxsul bağbana baxırdı.Bu dəbdəbəyə mat qalmışdılar.  Onlara elə gəlirdi ki, yuxu görürlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma