OĞURLANMIŞ QURBAN

Tərlan kəndin ortalıqda olan curlarından idi. Çox varlı olmasa da kasıb da deyildi. Amma, onun nə işlə məşğul olduğu müəmmalı idi. Heç kim ondan baş açmırdı. Günlərlə, həftələrlə, hətta aylarla yoxa çıxır, sonra yenidən peyda olurdu. Soruşanlara da deyirdi ki, ezamiyyətdə olub. Qurban bayramına  bir gün qalmışdı. Həyat yoldaşı Göyərçin Tərlana umu-küsü etdi:

-Pis dolanmırıq, yaxşı dolanırıq. Amma səndən baş aça bilmədim. Nə qədər sənə desəm də, bu vaxta qədər heç bir dəfə də olsun nə qurban QurbanQoyundemisən, nə də kəsdirmisən.

Tərlan bu haqlı sözə bir cavab verə bilmədi. Axşam isə evə gec gəldi. Özü ilə bir qoç da gətirmişdi. Qoçu tövləyə saldı. Təmirdən  yarımçıq qalmış qırmızı boya ilə  belini rənglədi. Tövlənin də qapısını möhkəm bağladı. Həyətə gəlib əl-üzünü yudu evə keçib masa arxasında oturdu. Üzünü Göyərçinə tutaraq dedi:

-Əvvəlcə mənə bir stəkan pürrəngi çay gətir.

Göyərçin çay gətirb gözünü Tərlana zillədi. Bildi ki, sözlüdür.  Nə isə demək istəyir. Tərlan isə onu çox gözlətmədi. Çaydan bir qurtum içərək dilləndi:

-Hə, Göyərçin, qurbanlıq qoçu gətirib tövləyə saldım. Səhər kəsdirəcəyəm.

Onun bu sözündən Göyərçin üzündə sevinc dilləndi:

-Çox yaxşı edib gətirmisən.

Xüsusi tələffüzlə sözünə davam etdi:

-Axır ki, bir dəfə də olsun mənim sözümə əməl etdin.

Səhər tezdən Tərlan oğlu Səmədi molla Kərimin və qəssab Heydərin dalınca göndərdi. Çox keçmədi ki, hər ikisi gəlib çıxdılar. Qəssab  bıçaqlarını itiləyir, molla  isə oturmaq üçün özünə rahat bir yer axtarırdı. O, qoçu gətirmək üçün tövləyə keçdi, gördüyünə inanmadı. Gözlərini ovxaladı. Qoç tövlədə yox idi. Donub qaldı. Hər yer bağlı idi. Ona elə gəldi ki, dünən sərxoş olub, bəlkə də, heç qoçu gətirməyib. Gözünə küncdə qoçun belini qırmızı boya ilə rənglədiyi fırça sataşdı. Gətirib tövləyə saldığına əmin oldu. Qoçun hara və necə yoxa çıxması isə onun üçün sirr olaraq qaldı. Geri qayıtdı. Onun əliboş geri qayıtmağını görən molla, qəssab və Göyərçin sual dolu nəzərlərini Tərlana zillədilər. Onların  sözsüz suallarına qısa cavab verdi:

-Qurban kəsməli olmadım.

Tərlanın bu hərəkətinə  çaşıb qalmışdılar. Heç biri yerindən tərpənmirdi. Göyərçinin isə yadına gecə gördüyü yuxu düşdü. Görmüşdü ki, uzaqdan qanadlı bir qoç uça-uça gəlib onların həyətinin üstündə dövrə vurur.Sonra isə  həyətə oturmadan acıqlı-acıqlı Tərlanın üzünə baxa-baxa  uzaqlaşıb qeyb oldu…

Qonşu kənddə Əmin adlı çoban yaşayırdı. Halallıqda ad çıxarmışdı.  Kəndin camaatı kimisə inandırmaq istədikdə ata – anasının canına yox,  onun canına and içirdilər. Əmin qoyun saxlayırdı. Sürüsündə olan bütün heyvanları bir – bir tanıyırdı. Hətta xasiyyətlərinə belə bələd idi. Əmin Qurban Günü səhər tezdən durdu ki, heyvanları oğlu Əhməd çölə aparmazdan əvvəl qurban kəsmək üşün bir qoç saxlasın. Bu məqsədlə qoçlara bir – bir nəzər salmağa başladı.Gördü ki, qoçların içərisində bir beli qırmızı rənglə boyanmış qoç var. Əvvəl elə bildi ki, yad heyvandır.  Amma yaxınlaşıb gördü ki, öz halal malıdır. Onun üçün isə qoçun rənglənməsi müəmmalı oldu. Axı elə o özü bu qoçu qurban kəsmək üçün əvvəlcədən gözaltı eləmişdi…

Həmin gün Tərlan evdən bayıra çıxmadı. Səhəri gün Göyərçinə “ezamiyyətə gedirəm”- deyib evdən çıxdı. Ürəyində isə götür-qoy edir və nə isə çırpışdırmaq üçün hara gedəcəyini planlaşdırırdı. Evlərindən azca aralanmışdı ki, qonşusu Məmmədi əlində bir qoyun dərisi qurutmaq üçün çəpərin üstünə sərən gördü. Tərlan birdən dərinin üstündəki qırmızı gəngi görüb quruyub qaldı. Bu dəri onun qurban kəsmək üçün oğurladığı qoçun dərisi idi. Məmməd Tərlan ondan bir söz soruşmasa da elə bil izahat verirdi: -Bu dərini mənə qonşu kənddən qurban payı ilə birlikdə Əmin göndərib. Dərini ona görə mənə göndərib ki, məndən başqa bu tərəflərdə dəri aşılayan yoxdur. Bu qurban kəsilmiş qoçun dərisidir, hörmətlə yanaşmaq lazımdır. Bilir ki,mən bu dərini aşılayıb,qurudub təmiz saxlayacağam. Heç vaxt Əmin dəri yığanlara qurban kəsilmiş heyvanların dərisini vermir. Səbəbini isə belə izah edir ki, bəlkə, bu dərini aparıb ayaqqabı tikəcəklər. Ona görə də dəriyıganlara vermək olmaz… Bir də ayılıb gördü ki,Tərlan yoxdur, çıxıb gedib. Sən demə o elə öz-özü ilə danışırmış. Tərlan evə qayıtdı. Həyat yoldaşı Göyərçin gördü ki, o çox fikirlidir,  nə isə olub. Amma onu nə qədər sorğu-suala tutdusa da cavab vermədi.   Oturduğu yerdən gözlənilmədən cəld ayağa qalxdı və Göyərçini çağırdı. O  gələndə Tərlan onun gözlərinin içinə baxaraq heç bir söz demirdi. Göyərçin isə onun bu hərəkətinə çaşıb qalmışdı. Gözlərinə diqqətlə baxırdı. Onun baxışlarında dəyişiklik gördü. Bu baxışlar əvvəlki baxışlar kimi deyildi. Təəccüblə  baxa-baxa qalmışdı. Nəhayət, Tərlan titrək səslə pıçıltı ilə dilləndi:

-Göyərçinim,mən bir daha ezamiyyətə getməyəcəyəm.

Göyərçinin gözləri doldu. Heç özü də bilmirdi ki, niyə belə kövrəldi…

Gecə düşmüşdü. Bədirlənmiş ay bütün kəndi işıqlandırırdı. Bütün kənd yatmışdı. Amma bir nəfər oyaq idi. Əslində isə ona oyaq demək olmazdı. Bu adam aydagəzən (lunatik) Əsəd idi. Bütün gecələri küçələri və həyətləri gəzirdi. Kəndin itləri belə onu tanıyır, ona heç vaxt hürmürdülər. Yenə də növbə Tərlangilin həyətinə çatdı. Tövlənin də qapısını açıb içəri girdi və sonra  çölə çıxıb qapısını bağladı. Nəhayət, Əsəd gecə səfərini başa vurub evlərinə çatdı. Ancaq Əsədin gecə səfərlərindən heç kimin xəbəri olmazdı.

…   Bütün kənd Tərlandan danışırdı. Soraq yayılmışdı ki,  qoyun otarır. İçkini də, siqareti  atıb, namaz da qılır. Buna inananlar da oldu, inanmayanlar da. Mən isə inandım.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma