QƏRİBƏ QONAQ

Bazar günü idi. Yuxudan oyanmağıma baxmayaraq yerimdən qalxmağa tələsmirdim. Ürəyimdə götür-qoy edir, keçən- keçmişi yada salırdım. Həyətdən nəvələrimin səs-küyü gəlirdi. Təəccübləndim. Axı onlar bu tezliklə yuxudan durmurdular. Maraq məni üstələdi. Yerimdən qalxıb geyindim. Həyətə çıxmamışdan qabaq nəzərimi soyuducunun qapısının açıq olması cəlb etdi. Soyuducunun qapısını örtərək həyətə düşdüm. Gördüm ki, Gültachedgehog, Atilla və Atilay baş-başa çömbəlib oturublar. Ətrafları isə xiyar, pomidor, badımcan, bibər, keşniş,  şüyüd, cəfəri  nə bilim gavalı, alma, şaftalı , necə deyərlər  soyuducuda olduğundan, meyvə-tərəvəzlə dolu idi. Hərdən  hansısa “uff” deyərək cəld əlini geri çəkirdi. Asta-asta yaxınlaşdım. Mənə fikir verən yox idi. Nəvələr öz aləmlərində idilər. Nə görsəm yaxşıdır? Ortalıqda bala kirpi var idi. Bala kirpi başını tikanlarının arasında gizlətməmişdi. Arabir xırda, qara gözləri ilə onu yemləyənlərə baxırdı. Yəqin ki, kirpi də bala olduğu üçün çox səmimi idi. Nəvələr  kirpiyə gözəl bir qonaqlıq təşkil etmişdilər. Bilmirdi ki, ona uzadılan meyvə və tərəvəzin hansından yesin. Maraqla baxmağa başladım. Baxdıqca da uşaqlaşırdım. Beynimdə qəribə sual yarandı:

-Görəsən, kirpi hansı meyvə və yaxud tərəvəzi  xoşlayır, nəyiçox yeyəcək?

Nəhayət, mənim müşahidəm nəticəsində məlum oldu ki, kirpi pomidoru daha çox xoşlayır. Artıq kirpi nəyi var yeyərək doymuşdu. Ağzını beləaçmayıb,   uşaqların verdiyini burnu ilə geri qaytarırdı. Hər şeyin sonu olduğu kimi bu qonaqlığın da sonu çatdı. Kirpi başını  tikanlarının arasında gizlətdi. Nəvələr də nə qədər çalışsalar da xeyri olmadı. Bir qədər keçdi, hamımız kirpini unutduq.  Nəvələr   yatmağa keçdilər. Yaranmış sakitlikdən istifadə edərək bala kirpi haqqında maraqlandım. Sən demə, məsələ belə olubmuş. Balaca Gültac səhər-səhər həyətə çıxır və cəld də ufuldaya-ufuldaya geri qayıdır:

-Ana,qara top əlimə batdı.

Axı bizdə qara top yox idi. Gültac isə təkidlə əlini anasına göstərirdi. Həqiqətən də əlinin bir neçə yerində xırda qan ləkələri vardı. Təlaşa düşən gəlin nə olduğunu bilmək üçün tez həyətə çıxır və bala kirpi ilə qarşılaşır. Sən demə bağın qapısı açıq qaldığı üçün kirpi  ordan gəlib.

Nəvələr yuxudan oyanıb kirpini nə qədər axtarsalarda tapa bilmədilər. Axtarışa mən də qoşulmuşdum, nəticəsi olmadı.Uşaqlar məyus olmuşdular. Bala kirpi ona  verilmiş böyük “qonaqlıqdan” sonra yəqinki,  anasının yanına getmişdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma