GÜNƏBAXAN VƏ SARMAŞIQ

        Çay süfrəsində oturmuşduq. Füzuli müəllim belə bir söhbət etdi:

      -Yadıma mən hələ məktəbli olarkən atamın (allah rəhmət etsin)söylədiyi bir hekayə  düşdü. Talada     günəbaxan bitmişdi. Tək olmağına baxmayaraq, sürətlə inkişaf edir, sevdiyi günəşə də istədiyi qədər baxırdı. Bir gün hiss etdi ki, köklərinin yanında iynə ucu boyda nə isə çıxır.Soruşdu?
-Sən kimsən?
-Mən sarmaşığam.
-Burda niyə bitmisən? Nə istəyirsən?
-İstəyirəmki, sən mənə dayaq olasan. İcacə ver  mən sənin gövdənə sarmaşım. Həm də bir yerdə darıxmarıq. Əgər sən mənə dayaq olmasan ayaqlar altında qalıb məhv olacağam.
Günəbaxanın ürəyi yumşaldı.  Razılıq verdi.   Sarmaşıq günəbaxanın gövdəsinə dolana-dolana gündən-günə inkişaf edirdi.   Nəhayət bir gün günəbaxan dilləndi:
-Məni bərk sıxma,  yaxşı nəfəs ala bilmirəm.
-Sənə bərk dolanmasam külək məni yerə salar və mən məhv olaram.
Günəbaxanın qara günləri  hələ qabaqda imiş.   Sarmaşıq daha da inkişaf edib günəbaxanın bütün gövdəsini bürüdü,  sarı ləçəkləri, hələ də bərkiməmiş toxumları görünməz oldu,  gözünə qaranlıq çokdü. Bu qaranlıq dünyada günəbaxan boğulurdu. Artıq  günəbaxanın son nəfəsi idi , özündə güc toplayıb zəif səslə dilləndi:
-Ay namərd,  səndə insaf deyən şey yoxdur.  Sənin yaşamağın,  ayaq üstə dayanmağın mənə görədir. Sənə yaxşılıq etdim. Amma sən yaxşılığın əvəzində məni məhv etdin. Sadə bir həqiqəti başa düşmədin ki, məni məhv etməklə özün də məhv olacaqsan.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma