GÖYGÖZ QAZ

     Qış təzə girmişdi. Havalar da get-gedə soyuyurdu. Qar yağırdı. Şənbə günü idi. İstirahət günü olduğu üçün yuxudan bir az gec durmuşdum. Həyətdə bir neçə qaz saxlayırdıq. Bu qazlar yerli cinsdən deyildi. Qar kimi ağ rəngli, hündürboy, gözləri də açıq göy rəngdə idi. Qazlardan birini kəsim. Qar düşübsə qazın elə əsl yeyilən vaxtıdır. Qazlardan birini kəsmək qərarına gəldim.Birini tutub  kəsmək üçün bıçağı qazın boğazına yaxınlaşdırdım. Bu an Kamran da, Araz da ikisi birdən dilləndi:
-Ata, kəsmə, qaz bizə baxır.
Əl saxlayıb olaraq onlara tərəf baxdım.Hər ikisinin şəhadət barmağı qaza tərəf tuşlanmışdı.   Mən də o tərəfə baxdım. Doğrudan da qaz onlara baxaraq səssiz baxışlarıyla  imdad istəyirdi.   Bu qazları Kamran və Araz  böyütmüşdü.  Əllərim sustaldı. Qazı  buraxdım. Səs-küylə onların üstünə cumub özünü onlara sürtürdü. O biri qazlar da onlara qoşulmuşdu. Kamran və Araz sevinclərindən atılıb düşürdü.  Birdən gözüm səssiz səmirsiz dayanmış həyat yoldaşıma sataşdı. O, sakit-sakit ağlayırdı. Mən də kövrəldim. O gündən sonra bir dəfə də olsun  nə quş, nə də ki bir heyvan kəsməmişəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma