TƏZƏ BƏYLƏ TƏZƏ GƏLİN

         Yeniyetmə bal arısı qonşuluqda yaşayan arıya vurulmuşdu. Valideynləri nə qədər  dedisə ki, öz obabızda o qədər gözəl, diribaş,işgüzar arılar varbirini se. Bizi də bu qoca yaşımızda dərə-təpəyə salma. Atan mənə deyib ki, oğlumu evləndirəndən sonra yığıncaq çağırıb şahlıq tacımı onun başına qoyub,  şah elan edəcəyəm. Başqa tayfadan qız almaq bizim adət və ənənəmizə ziddir. Əyər sən qonşu tayfadan evlənsən, atan səni şah edə bilməyəcək.Öyüd-nəsihətin xeyri olmadı. Yaşlı ağsaqqalların sözü belə yerə düşdü. Ata  çarəsiz qalmışdı. Nə edəcəyini bilmirdi. Ağsaqqalları məsləhətə çağırdı. Uzun müzakirələrdən sonra ən yaşlı ağsaqqal sözünü dedi:
-Hökmdarım, əyər biz elçi gedib oğlun sevdiyi qızı almasaq onu itirə bilərsən. O qızı alsaq oğlun səndən sonra şah olmaq hüququnu itirəcək.Gərək sən bu iki yoldan birini seçəsən.
Şah fikirlərə qərq oldu. Onun şahlığı dövründə arılar əmin- amanlıqla yaşamış,  cürət edib bir düşmən belə onların həndəvərindən keçməmişdi. İndi isə aciz qalmışdı. Nəhayət, dilləndi:
-Oğlumun xoşbəxtliyi mənim üçün şahlıqdan da üstündür.Hazırlaşın elçi gedirik.
Elçi gedildi.  Heç o biri tayfada bu izdivaca razı deyildi. Qızın tərsliyini görüb razılaşmağa məcbur oldular. Toy-büsat quruldu.Gəlin gəldi. Cehizin  çox olmasına baxmayaraq bir təhər yerləşdirdilər. Gənclər bal ayını keçirmək üçün uzaqlara uçdular. Bir müddət keçəndən sonra qayıdlb gəldilər. Gəlin yavaş-yavaş hay-küydən və darısqallıqdan şikayətlənməyə başlamışdı. Getdikcə şikayətlərin sayı artırdı. Nə bilim tünlükdür,rahat çörək yemək olmur,  uzanmaq üçün yer yoxdur.İstəyirəm ki, oxuyum, sıxılıram.Rahat uzanmaq üçün belə yer yoxdur.Mən bu evə nökər yox, gəlin gəlmişəm. Məsələ get-gedə böyüyürdü. Müstəqil yaşamağı qərara aldılar.  Şahın yanına gəlib fikirlərini bildirdilər. Ata, ana nə qədər dedilər, dil tökdülər ki, siz  gəncsiz, təcrübəsizsiniz, hələ müstəqil, ayrıca yaşaya biməzsiniz. Ailə gərək öz ata, 
anasının yanında bir müddət yaşayıb püxtələşsin. Bu nəsihətlərin heç bir xeyri olmadı.

Ata dilləndi:

    -Görürəm ki,  ayrı yaşamaq fikriniz qətidir. Qoy onda kəşfiyyatçı arılar sizin üçün yaşayış yeri tapsınlar, sonra köçərsiniz.
Bəylə gəlin bu təklifə də razılaşmayıb uçub getdilər. Uça-uç gəlib meşəlikdə bir palıd ağacına qondular. Gəlin yerdən təxminən bir metr  olan koğuşu göstərdi ki, bəs bura yaxşıdır.

        Bəy bildirdi:
-Bizim ata-baba evimiz ən hündür ağacın başındadır, heç bir heyvan ora ürək edib qalxa bilmir.
Gəlin  etiraz etdi:
-Hə nə olsun? Ağac o qədər hündürdürki, sənin qoca əldən düşmüş ata, anan zorla qanad çalaraq  bir təhər özlərini yuvaya yetirirlər.
-Yəqin bir səbəb var ki,   yuvanı o qədər yüksəklikdə qurublar.
-Nə səbəb?  Bizim neştərimiz var,  sataşanın gözün deşib kor edərik. Kimdir ora gündə yüz dəfə o boyda hündürlüyə uçan? Elə bura yaxşıdır.

       Çarəsiz qalan bəy razılaşdı.  Hər şey axarınca gedirdi. Ordan ora, burdan bura uça-uça günlərini keçirib,axşam da rahat yatırdılar.Bir gün gecə vaxtı elə bil zəlzələ qopdu.  Yuv ağacla birgə silkələnirdi. Tanımadıqları bir heyvan onların yuvasına əvvəlcə burnunu soxdu. Sonra isə iri tüklü pəncəsi ilə nə isə axtarmağa, iti caynaqları ilə yuvanın ora-burasını cırmaqlamağa başladı. Bəylə gəlin qorxudan özlərini itirmişdilər. Bir təhər ara-bərədən zorla eşiyə çıxıb canlarını qurtardılar. Qaranlıqda ətinliklə də olsa  bir-birlərini tapıb, səbirsizliklə səhərin açılmasını gözləyirdilər. Belə nəticəyə gəldilər ki, ayrıca yaşamaq thlükəlidir , burda qala bilməzlər. Uça-uça bir təhər ata-baba yurdlarını tapdılar. İçəri keçməyə ürək etmirdilər. Elə getmişdilər ki, qayıtmağa üz qoymamışdılar. Gedəndə ağıllarına belə gəlməzdi ki, bir gün qayıdacaqlar. Kənarda oturub  baxırdılar. Onları tanıyıb tez şaha xəbər verdilər  ki, bəs oğlunla gəlinin qayıdıb. Şah arılardan bir neçəsini göndədi ki,  onları içəri çağırsın. Ata və ana sevinirdi. Olanları üzə vurmayıb,  heç bir şey olmayıbmış kimi oğlu və gəlini ilə görüşdülər.    Bəylə gəlin bir daha ayrı yaşamaq fikrinə düşmədi. Gəlin də bir dəfə də olsun heç nədən şikayət etmədi. Əksinə deyib-gülən olmuşdu. Ailə mehriban idi. Arada- bir ata oğlunun şah olmadığına görə heyfsilənirdi.Bu heyfsilənmə ötəri olurdu.Onun üçün  övladının xoşbəxtliyi nəinki, şahlıqdan, hər şeydən belə üstün idi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma