QƏFİL TELEFON ZƏNGİ

          İstirahət günü olmasına baxbayaraq yuxudan ertə oyanıb həyətdə çay içirdim.  Mobil telefonuma  gəlmiş  qəfil zəngdən diksindim. Adətən mənə istirahət günləri  çox nadir hallarda zəng gəlir.  Rafiq müəllim idi.  Salamlaşdıqdan sonra soruşdu:

         – Hardasan?

        -Evdəyəm.

         -Qardaş, vəziyyəti ağır xəstəyə sənin qrupun olan qana təcili ehtiyac var. Səsi həyacanlı idi.  Cavabı ləngitmədim:

         -Mən hazır. Hara gəlim?

          -Sən hazırlaş, özüm gəlirəm dalınca.

         Xəstəxana evimizdən elə də uzaqda deyildi.    Həkim və tibb bacısı hazır vəziyyətdə məni gözləyirdi.  Qan vermə uğurla başa çatdı. Xəstəxanadan çıxıb əslən Tehrandan olan çayçı Məmmədin çayçısında bolluca çay içdikdən sonra ,  Rafiq müəllim  məni gətirib evə qoydu. Həmin gün xəstənin vəziyyəti barədə heç bir məlumatım olmadı.  Zəng edib xəbər almağa utandım. Qorxurdum ki, yaxşı xəbər almaram.  Gecəni sək-səkə ilə yatdım.  Sonrakı gün  nahar fasiləinə  yaxın  Rafiq müəllim iş yerimə gəldi. Gördüm ki,kefi kökdür, gülür. Salamını belə gözləmədən soruşdum:

        -Xəstə necədir?

        Elə bil sözümə bənd imiş. Gülməkdən uğundu.  Ağır təbiət olan müəllimin belə gülüşünə məətəl qalmışdım.

      -Getmişdim kəndə ki,xəstəyə baş çəkim. Xəstə evdə yox idi.  Elə bildim ki,..

      Onu yenidən uğunmaq tutdu.Bir təhər sözünə davam etdi:

      -Elə bildim ki, nəsə olub. Soruşdum ki, xəstə hanı?

      Xəstənin bacısı cavab verdi:

      -Nə xəstə.Xəstə maşınla sahədən taxıl daşıyır.

      -Nə?

      Təəccüblə soruşdum.

      -Hə qardaş qanın xəstəyə düşüb. 

     Məni də gülmək  tutdu.  Bir-birimizə qoşulub uğunduq. Gözlərim yaşarmışdı.  Çoxdan idi ki, belə ürəkdən gülməmişdim.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma