NABƏLƏD PİŞİK BALASI

Həyətdə çay içirdik.Nəvələrim də  velosiped sürürdü. Həyətə hardansa bir pişik balası gəldi. Uşaqlardan biri bu pişiyi gördü. Velosipedini saxlayıb pişiyin üstünə cumdu. Pişik qaçdı. Bunu görən o birilər də velosipedi hərə bir tərəfə tullayıb pişiyin dalınca qaçmağa başladılar.Qovha-qov başladı. Pişik bimirdi uşaqların əlindən hara qaçsın. Ordan-ora,burdan-bura vurnuxurdu. Nəhayət pişik evə demək olar ki,bitişik olan fındıq ağacına dırmaşıb yox oldu . Uşaqlar nə qədər axtardılarsa pişiyi tapa bilmədilər. Biz də maraq xatirinə bu axtarışa qoşulsaqda bir xeyri olmadı. Fındıq ağacıda çox sıx idi. Fikirləşdik ki,  yəqin  damın altına keçib. Pişik unuduldu. Velosiped sürməkdən yorulan uşaqları anaları yatmağa apardı.
Sakitlik idi.Fındıq ağacında iki anac toyuq mürgüləyirdi. Xoruz görünmürdü. Bir aydan yuxarı idi ki, küçədə orda-burda görsəm də həyətə gəlmirdi. Toyuqlardan buri qurcalanırdı. Yanında hərdənbir bir qaraltı görsənirdi. Maraq məni üstələdi. Yaxınlaşdım. Nə görsəm yaxşıdır. Bala pişik ağ toyuğun qanadının altında gizlənib. Arabirdə  başını çıxarıb baxıb yenidən gizlənir.Bu mehribanlığı görüb sevindim.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma