KƏSİLMİŞ SÖYÜD AĞACI

        Havalar isti keçirdi. Hər yay    etdiyim bir səhvə görə özüm-özümü o ki, danlayıram. Bir yandan da özümə təskinlik verirəm ki, cavan olmuşam.İndi heç vaxt bunu etmərəm.
Əhvalat belə olmuşdu. Küçədə  həyətimizin düz qabağında  salxım söyüd ağacı bitmişdi. Bu ağac qısa müddətdə böyük ağac olmuşdu.Yayda ağacın altı həmişə qız-gəlinlə dolu olardı. Mənə isə o ağacın altında oturmaq bir dəfə də olsa nəsib olmamışdı.Həyətdə də az qala pıçıltı ilə danışırdıq ki,yaxşı deyil qonşular eşidər.Bir gün nə üçünsə  evə də əsəbi gəlmişdim. Yoldaşım mənə dedi ki, bəs qonşular söyüddən şikayət edirlər. Çaşıb qaldım,sonra isə məni gülmək tutdu:
-Heç söyüddən də şikayət edərlər?
-Söyüddən deyəndə söyüdün buraxdığı tüklərdən.
-Bu ki, heç bir həfdə çəkmir?Sonrasıda  ağacın altında qturan elə  şikayətçilərdir.
-Nə olsun danışırlarda.
Sözün qısası baltanı alıb söyüd ağacını kəsdim. O vaxtdan hardasa 25-30 il keçib. Ağacın altında vaxtı ilə oturanlar artıq nənədirlər.
Bu gün hava isti idi. Küçəyə çıxmışdım. Bir neçə nənə söhbət edirdi. Hərdən bizə tərəf , kəsilmiş söyüd ağacının yerinə baxırlar. Onlar da söyüdün kəsilməyinə bais olduqları üçün peşman olmuşdular.

2 şərh

  1. Xətrini çox istədiyim Məhərrəm Mustafa. sənin hekayələrini oxudum. Əziz dostum, mənə ən çox təsir edən salxım söyüdün əhvalatıdır. Bir qardaş kimi sənə tövsiyəm budur ki, həyatda heç vaxt tələsik qərar verməyəsən. Çünki atalar demişkən “sonrakı peşimançılıq fayda verməz” Allah sənə səbr varsin. Bir məclisdə təsadüfən sənin oğlunu gördüm, elə bildim ən yaxın əzizimi gördüm. Allah qorusun. Sən ğözəl valideyn və parlaq zəka sahibisən. sənə uğurlar arzulayıram. Salxım söyüd əhvalatı ilə sən çoxlarına ibrət dərsi vermisən.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma