GÜLTACIN ŞÜCAƏTİ

Səhər idiİstirahət günü idi. Həyətdə ağacın altında oturub çay içirdik. Nəvələr hələ  yuxudan durmamışdılar. Birinci oyanan Gültac oldu. Onu səslədik. Lakin bizə tərəf belə baxmayıb bağa tərəf həyəcanlı-həyəcanlı yüyürməyə başladı. Ucadan  nə isə deyirdi. Onun nə dediyini başa düşdüki:

        -Atillanın velosipedini “vid-vidlər” yeyir.

       Biz də Gültac qaçan tərəfə baxdıq. Atilla axşam velosipedi bağda unudub, həyətə gətirməmişdi. Velosipedin yanında iki ana ördək oturmuşdu. Balaları  velosipedinin təkərlərini didişdirirdilər. Gültacın hay-küyündən ana ördəklər də, ördək balaları da velosipeddən uzaqlaşdılar. Ana ördəklər bəd idi. Heç gəlinlər belə onları yemləmək üçün yaxınlaşmağa ürək etmirdilər. Hamımız mat-məətəl qaldıq, ana ördəklər Gültaca “dillənmədilər”, heç fısıldamadılar da. Gültac isə velosipedə gücü çatmasa da bir təhər həyətə gətirdi. Velosipedi “xilas” etdiyi üçün üzündə təbəssümlə ” -Mən çay istəyirəm”, deyərək,gəlib yanımızda oturdu.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma