GÖZLƏNİLSƏ DƏ, GÖZLƏNİLMƏDƏN QAPI DÖYÜLDÜ

       Payızın sonuna az qalmışdı. Bayırda yağış yağmasa da tutqun, buludlu, dumanlı  hava hökm sürürdü. Ana arı hələ qışın nə olduğunu bilməyən balalarını başına yığıb  onlara məlumat verirdi.
Küçə qapısı döyüldü. Həmişə yad  gələdə qapı döyülürdi. Gözətçi arılar cəld dışarı çıxıdılar. Gələn uzundraz bir arı idi. O cibindən göndəriş sənədini çıxarıb təqdim etdi. Çağrılmamış qonağı Şah arının qəbuluna apardılar. Şah arı qonağa hörmət əlaməti olaraq ayağa durub yer göstərdi. Özü də həmçinin öz yerində yox, qonaqla üzbəüz oturub katibəyə iki stəkan çay gətirməyi tapşırdı. Baxışlarını qonağa dikdi. Gördü ki, yox, müəyyən qədər vaxt keçsə də qonaq  gəlişinin səbəbini bildirmir. Özü dilləndi:
-Əziz qonaq Sizi eşidirəm.
Qonaq çənəsini yuxarı qaldırıb, qalstukuna da tumar çəkib, göndəriş sənədini Şaha təqdim etdi:
-Mən bura qışa hazırlıq və azuqə tədarükü barədə mühazirə deməyə gəlmişəm.
Şah mat-məətəl qaldı.   Bu vaxta qədər belə şey olmamışdı.  Qışa elə özləri həmişə necə deyərlər dədə-baba qaydasında hazırlıq görürdülər. Elə vaxtlar olub ki, qış lap sərt keçib. Yazın gəlişi gecikib. Buna baxmayaraq qışa azuqələri də çatıb, bir arının da belə burnu qanamayıb. Şah dilləndi:
-Sizin gəlməyinizə etirazım yoxdur. Qışa hazırlığımız öz savadlı və bacarıqlı mütəxəsislərimizin sayəsində  qurtarıb. İndi isə yekun işləri gedir.  Sizin qrafik əsasında ezamiyyət vərəqinə gəlib-getmə tarixini qeyd edim imzalayıb  möhürlə təsdiqləyim.  Bir-iki gün də qal qulluğunda duraq sonra gedərsən. İndi demək olar ki, qış qapını kəsdirib, mühazirə vaxtı deyil.
-Sən nə danışırsan? Məni nə hesab edirsən? Mən mütəxəsisəm.Öz vəzifəmi vicdanla yerinə yetirməliyəm.
Bu sözlərin qarşısında Şah bit söz demədi. Köməkçilərinə mühazirə haqqında məlumat verib arıların zala yığışmasına tapşırıq verdi. Köməkçilər şahın tapşırığına əməl etmək üçün qonaqla birgə otaqdan çıxdılar. Şah gördü ki,köməkçilərdən biri ləngiyib. Özlüyündə fikirləşdi ki, gərək bu qocanı  cavanla əvəz edim. Qoca köməkçi,Şaha yaxın gəlib baş əyib  sözünü demək üçün izn istədi:
-Hörmətli şahım, gələn qonaq bal arısı deyil,eşşək arısıdır. Eşşək arıları balın ki, nə olduğunu bimirlər. Qışa hazırlığı da bizdən artıq bilə bilməzlər.
Şah bir qədər fikrə getdi. Bir az bundan əvvəl qoca köməkçi  barədə yanlış fikrə düşdüyünə peşman oldu. Nə deyəcəyini bilmirdi. Nəhayət dilləndi:
-Sən həm ağıllı, həm də müdriksən, eyni zamanda təcrübən də bizim hamımızdan çoxdur. Qonağı geri qaytarsaq nəticəsi pis olar. Nə edək? Gərək bir təhər yola verək. Sən də get. Elə et ki, beyni qanlı cavanlarımız hövsələdən çıxıb ona zərər yetirməsinlər.
Mühazirə başladı. Qonaq izahat lövhəsinin qabağına keçib müxtəlif sxemlər çəkir. Arılara uçuş qaydaları və trayektoriyaları, gül və çiçəklərin yerləşmə kootdinatları barədə məlumat verirdi.
Şahın ərköyün yeniyetmə qızı da lap qabaqda oturmuşdu. O, mühazirəçinin arıq, uzun boy-buxununa məftun olmuşdu. Məruzəçi bunu  sezmişdi.  Mühazirə arası vaxtlarda bir tərəfə çəkilib söhbət edirdilər.
Mühazirələr sona çatdı.  Qonağı yola salmaq vaxtı yetişdi. Amma qonaq gedənə oxşamırdı. Şah  şübhəyə düşmüşdü. Qoca köməkçini yanına çağırıb məsələnin nə yerdə olmasını və yoluna qoymasını tapşırdı. Bir neçə saatdan sonra  köməkçi gəlib Şahın qabağında baş əydi.Pis xəbərlə gəlmiş olduğu üçün dillənməyə cürət etmirdi.  Şah xoş xəbər olmadığını qocanın təhər-tühüründən başa düşmüşdü. Uzun sürən sükuta dözməyib dilləndi:
-Olduğu kimi danış.
-Şahım, bizim nəslimizdə bu görünməmiş  işdir. Dilimdə gəlmir ki, bu xəbəri necə deyim? Sizin qızınız boş boğaz eşşək arısına vurulub. Onunla getmək istəyir. Nə qədər izah etdimsə, başa saldımsa,yalvardımsa ki,  bu evlilik baş tutan deyil,eşşək arıları ilə bizim nə adət-ənənəmiz, nə də ki, həyat tərzimiz uyğun deyildir. Dediyindən dönmədi ki,dönmədi.

       Şahı bu xəbərdən elə bil ildırım vurdu. Necə olur ki, onun qızı, bəli məhz onun qızı bu fikrə düşüb?
Şah qızını yanına çağıraraq dedi:
-Qızım səni qonşu şahın oğlu istəyir. Atası ilə uzun illərdirki,dostam. Əcdadlarımız da yaxın olublar. Gəl bu daşı ətəyindən tök. Bizi rüsvay etmə. Onlar tayımız deyillər.Bizə oxşasalar da soy kökümüz ayrıdır.
Bu işə analar,  nənələr də qarışdı yenə xeyri olmadı. Çarəsiz qalıb toy üçün əlverişli hava olmamasına baxmayaraq, Şah qızını özünə layiq qaydada yola saldı.Əli cibində gəlmiş eşşək arısı şahın qızı və bir karvan cer-cehizlə ilə lovğa-lovğa geri qayıdırdı.
Günlər keçirdi. Artıq yazın müydəçisi olan qaranquşlar səs-küylə uça-uça öz yuvalarına qayıdırdılar. Hələki,arıların çolə çıxmalarına qalmışdı. . Qapıların açılmasına hələki,  icazə verməmişdi. Deyirdi ki, bütün qışı dözmüşükbir neçə gündə dözək.Şah və onun arvadı üçün bu qış uzun keçmişdi.
Qəfildən qapı döyüldü.  Əvvəl mühafizəçilər buna fikir vermədilər.  Qapı bir də döyüldü. Şaha xəbər verdilərki, bəs qapı fasiləsiz olaraq döyülür. Əmr etdiki,  qapını tez açsınlar!  Şah bu qapının döyülməsini çoxdan gözləyirdi. Heç kimə imkan verməyərək birinci özünü qapıdan  bayıra atdı. Qapını döyən  ərköyünlükdən əsər- əlamət qalmayan ,  boynu bükük, qanadları yanına sallaq, soyuqdan  tir-tir titrəyən qızı idi.  Qızın başını qaldırmağa nə halı, nə də ki,  üzü vardı.  Şah  yanğılı səslə: “-qızım”  deyərək özünü onun üstünə atdı və hər iki qanadıyla qucaqlayıb isti nəfəsilə isindirməyə  başladı.  Axı o şah olsada ,ATA idi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma