FƏSƏLİ PAYI

     Evdə tək idim.  Küçə qapısı döyüldü. Açdım. Bizə fəsəli payı göndərmişdilər.  Yadıma uşaqlığım düşdü. Həmişə anam sacda lavaş(yuxa) çörəyi bişirib qurtarandan sonra fəsəli də bişirərdi. Bizdə  səbirsizliklə fəsəlinin  bişməyini gözləyərdik. Anam elə ki,  fəsəlini dördayağın üstünə qoyardı, hərəmiz bir tərəfdən tökülüşüb, dartıştıra-dartıştıra, tikə-tikə qoparıb, əlimiz, ağzımız yana-yana isti-isti yeyərdik. Anamıza  bir tikə belə vermək ya da ki,saxlamaq heç  ağlımıza da gəlməzdi.O isə əl saxlayıb bizim həvəslə fəsəli yeməyimizə təbəssümlə baxardı. Biz də bu təbəssümə təbəssümlə cavab verərdik. İndi başa düşürəm ki, biz yeyərdik anamız isə bizə baxıb doyardı. İnsafən pay göndərilmiş fəsəli də yaxşı fəsəli idi. Amma, anamın bişirdiyi fəsəlidən bircə dəfə də olsa bir tikə yeyə bilsəydim dünyanın ən xoşbəxt insanı mən olardım. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma